Ağcaqanadları evdən uzaqlaşdıran 5 möhtəşəm bitki

10 Ağustos 2020
166
0
Ağcaqanadları evdən uzaqlaşdıran 5 möhtəşəm bitki
Ağcaqanadlar xüsusən də yay aylarında həyatımızı kabusa çevirir. Onlardan azad olmağın bir yolu da evinizə gözəl görüntü və ətir bəxş edən bəzi yaşıl bitkilərdir.

Feat.az
evinizdən ağcaqanadları uzaqlaşdıracaq 5 bitki növünü sizə təqdim edir.

Lavanda
Lavanda ətrafa gözəl ətir saçan bir bitkidir. Lakin bizə xoş gələn bu ətir ağcaqanadlar üçün əsil işgəncə hesab olunur. Evinizdə böyütdüyünüz lavanda sayəsində həm gözəl ətirli otaqlara həəm də ağcaqanadsız mühitə sahib ola bilərsiniz.

Reyhan
Yəqin ki reyhanın ağcaqanad qovucu xüsusiyyəti olduğunu hər kəs bilir. Bu bitkini evin günəş işığı görən hissəsinə yerləşdirib tez-tez sulayın. Böyüdükcə də, onun yarpaqlarından dadlı salatlar hazırlamaq üçün istifadə edə bilərsiniz.

Melisa
Melisa nanəkimilər fəsiləsinə aid olan bir bitkidir. Onun limona bənzər qoxusu var və ağrıları azaltmağa kömək edir. Şəfalı bitki hesab olunan melisa ağcaqanadları uzaqlaşdırmaq baxımından da olduqca təsirlidir.

Nanə
Xoş ətri olan, salatlara və yeməklərə xüsusi ləzzət qatan nanə, evdən ağcaqanadları uzaqlaşdırmaq üçün də əla seçimdir. Bu bitkini böyük və geniş qaba əkməyiniz tövsiyə olunur, çünki, tez böyüyür.

Rozmarin
Rozmarin də evdən ağcaqanadları uzaqlaşdıra bilən bitkilərdəndir. Eyni zamanda mütəxəssislər onun yaddaşı gücləndirdiyini və diqqəti artırdığını da söyləyir.
Mənbə:lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET