Qulağın içindəki sarı kir əslində faydalıdır - Qulaq çöpü ilə təmizləmək ziyandır

25 Mayıs 2020
167
0
Qulağın içindəki sarı kir əslində faydalıdır - Qulaq çöpü ilə təmizləmək ziyandır
Qulaq içində olan tıxac kimi sarı piyli kir əslində orqanizmin sağlamlığı üçün vacibdir. Çoxları bilmir ki, zəhərli, acı bu kir qulaqda yerləşən 2000 ədəd piy vəziləri tərəfindən istehsal olunur. Hər ay 20 mq qulaq kiri hasil olur. Yapışqan effektli bu piy qalığı qulağın içinə göbələk, bakteriya, yad cisim, həşərat daxil olmasına qarşı düşünülüb. Çünki qulaq xarici aləmə açıq orqandır və bağlanmır.

Feat.Az
bildirir ki, bu kirin tərkibində olan lizozimlər mikrob və bakteriyaları parçalayıb, elə qulağın girişində məhv edir.
Kirin rəngi hər insanda fərlqi ola bilər. Bu irqdən, genetikadan asılıdır. Ağ dərili adamlarda o, sarıtəhərdir, asiyalılarda isə boz və qurudur.

Onu təmizləmək olmaz!

Əslində qulaq gigiyenası xaricdən yüngül olmalıdır. Su və sabunla yuyulması yetərlidir. İndi çıxan qulaq çöpləri ilə qulağın dərinliyinə kimi salıb, hələ bir fırladıb,ordakı sarı möhtəviyyatı sanki zəhərli maddə kimi çıxarmağa çalışmaq çox zərərlidir. Bu hərəkət həmin piyi tıxac kimi qulaq kanalının daha da dərinliyinə doğru itələyir və orda incə hissələri zədələyir. Bu zaman kanalı LOR həkim təmizləməlidir.

Yaxşı olar ki, qulaq kirini çıxarmağa aludə olmayasız, necə var qalsın. Bu kirin miqdarı insan stress keçirəndə, ciddi emosinal gərginlik və xəstəliklər zamanı daha da artır.

LOR həkimlərin qulağın içini 2-3 damcı ilıq duzlu məhlulla yumağı məsləhət görür.

Hər ay köhnə kir təbii olaraq təmizlənir. Siz nəsə çeynəyəndə, danışanda, güləndə, çənə ilə hərəkət edəndə bu kirdən bir qədəri səthə, daha üzə çıxır və onu yüngülcə pambıqla silə, yuya bilərsiz. Qulaq çöpü ilə qulağın içini eşməyin. Qulağınızı təbii müdafiədən məhrum etməyin.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər