Miqrendən əziyyət çəkənlərin DİQQƏTİNƏ: Ağrılara bunlar SƏBƏB olur, imtina edin - Diyetoloqdan TÖVSİYƏ

31 Ekim 2020
549
0
Miqrendən əziyyət çəkənlərin DİQQƏTİNƏ: Ağrılara bunlar SƏBƏB olur, imtina edin - Diyetoloqdan TÖVSİYƏ
Miqrendən əziyyət çəkən şəxslər çox yaxşı bilirlər ki, bu ağrı zamanı insanın həyat fəaliyyəti çox ciddi şəkildə aşağı düşür. Hətta heç bir şey etməyə güc olmur. Bu ağrı tutmaları bəzən dərman müalicəsinə baxmayaraq günlərlə davam edə bilir.

Feat.Az bildirir ki, bunu endokrinoloq-diyetoloq Safura Mahmudova miqrenlə bağlı danışarkən deyib.

O, bildirib ki, miqren tutmasına səbəb ola biləcək qidaları bilmək və bu qidaların qəbulunu azaltmaq önəmlidir.

-feniletilamin: əsasən şokaldın tərkibində var.

56 qr şokaladın tərkibində 3 mq feniletilamin var. Qəbul etdikdən sonrakı 12 saat içərisində baş ağrısı ola bilir.

-tiramin: pendir (əsasən Çeddar və Parmesan), yetişmiş banan, avokado, fıstıq, spirtli içkilər (əsasən qırmızı şərab və pivə)

Qəbulundan sonra 1-12 həftə içərisində miqren tutması başlaya bilir.

-seratonin (həmçinin seratoninin əvvəlli maddəsi triptofan): banan, pomidor, qoz

-nitrat: nitrat əlavə edilmiş ətlər (kolbasa, sosiska) Qəbulundan 35 dəq sonra başağrısının başlaya bildiyi bilinir

-MSG (monosodyum glutamat): Demək olar ki, bir çox hazır satılan qidaların tərkibində var. Qəbul edildikdən 20-30 dəq sonra ağrıya səbəb olduğu bilinməkdədir.

Bu maddənin miqrendən başqa da bir çox zərərləri var.

-Mis (Cu): Cu orqanizm üçün faydalı bir elementdir (hemoqlobin sintezi, sümük və elastik toxuma inkişafı üçün). Lakin yüksək miqdarda qəbulu miqren tutmasına səbəb ola bilir.

Qidalardan qaraciyər, kakao, şokalad, fındıq, qabıqlı dəniz məhsulları, göbələk, buğdanın tərkibində yüksək miqdardadır.

-kofein: qəhvə, çay, şokolad

Bunlardan başqa soyuq içkilər və dondurmanın da miqren tutmalarına səbəb olduğu bilinməkdədir. Soyuq qidanın qəbulu zamanı başın ön tərəfində ağrı yaranır.

Bunların qəbulunu azaltmaqla, düzgün yuxu və həyat tərziylə miqren tutmalarını önləyə və ya sayını azalda bilərsiniz.
Mənbə:yenicag.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.