İŞİD bu vəhşiliyə də əl atdı: "Əqrəb bombaları"

25 Aralık 2014
2 001
0
İŞİD bu vəhşiliyə də əl atdı: "Əqrəb bombaları"
İŞİD bu vəhşiliyə də əl atdı: "Əqrəb bombaları"

İraq və Suriyanın xeyli ərazisinə nəzarət edən “İslam Dövləti” (İŞİD) terror qruplaşması döyüş meydanlarında yeni və qorxunc üsullardan istifadə etməyə başlayıb.

Feat.az-ın publika.az-a istinadən verdiyi məlumata görə, İŞİD artıq zəhərli əqrəblərdən istifadə edir.

Məlumata görə, terror qruplaşması zəhərli heyvanları balonlara dolduraraq şəhərləri və qəsəbələri bombalayır.

NATO-nun bioloji və kimyəvi silah üzrə keçmiş cavabdeh səlahiyyətlisi Hamiş Bretton-Gordon “bu bir dəlilikdir. İŞİD qorxu saçan silahlar və bunları atacaq cihazlar yaradır. Əqrəb bombaları da qorxu yaradır. Əqrəblər güclü heyvanlardır, kilometrlərlə uzağa atılmasına baxmayaraq, balon partlayan kimi sürətlə yayılırlar. Bəzi əqrəblər olduqca zəhərlidir, amma əsas məqsəd qorxu yaratmaqdır” deyib.

Əqrəb bombasının keçmişi eramızdan əvvəl 198-ci ilə gedib çıxır. O dövrdə iraqlılar bu bombalardan Roma-İran döyüşlərində özlərini romalılardan qorumaq məqsədi ilə istifadə ediblər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.