Linza seçərkən diqqətli olun.

10 Ocak 2015
4 776
0
Linza seçərkən diqqətli olun.
Linza seçərkən diqqətli olun.

Təəssüflə olsa da, bu bir faktdır ki, görmə qabiliyyətinin zəifləməsi dövrümüzdə intensiv gedən bir haldır.

Bunun səbəbi qəbul etdiyimiz qida rasionunda vitamin çatışmazlığı ilə yanaşı, kompyuter və ya televizor arxasında keçirdiyimiz zamandır. İldən - ilə görmə qabiliyyəti zəif olanların sayı artır, onlar eynək və ya linzaya müraciət edirlər. Seçim isə hər kəsin fərdi istəyinə görədir.

İnsana ciddi görkəm verən eynək müasir dövrümüzdə həmçinin dəbdəbəli bir aksessuardır. Lakin gözəl xarici görünüşün arxasında insanda fiziki və psixoloji rahatsızlıq yaradan cəhətlər də durur.

Aktiv həyat tərzində, xüsusilə idman növləri ilə məşğuliyyət zamanı eynəkdən istifadə mümkün deyildir. Məhz bu əsas cəhəti insanların əksəriyyətinin linzanı seçməsinə səbəbdir. Linzalar eynəyə nisbətən daha dəqiq təsvir yaratmaqla, gözdə nəzərə çarpmır (rəngli linzalar istisna olmaqla).


İnsanın imkanlarını artıran linzalarla idmanla məşğul olmaq, duş qəbul etmək də olar. Artıq insanlar gözlərinə arzuladıqları istənilən kaloriti verə bilirlər. Linzaların gözə uyğunlaşması qayğılarla başa gəlir.

Bu əsasən gözün buynuz qişasın həssaslığı ilə əlaqədar baş verir. Linzaların rahatlığını təmin etmək üçün aşağıdakıları nəzərə almaq lazımdır:

Linzaları təmizlədikdə və dizenfeksiya etdikdə hər dəfə yeni məhlul hazırlamaq gərəkdir. Yalnız qaynadılmış su ilə linzaları, taxmamışdan öncə və çıxararkən əlləri yumaq vacibdir. Vaxtı keçmiş linzalar da görməyə təsir göstərir.


Linzalarınızı özgələrə taxmağa verməyin. Soyuqdəymə, qrip olarkən onları taxmayın. Duş qəbul edərkən, qadınlar makiyaj edərkən diqqətli olmalıdırlar. Əvvəl linza taxılmalı - sonra makiyaj çəkilməli, linza çıxarıldıqdan sonra isə silinməlidir.

Həkimlər gözdəki yorğunluğu aradan qaldırmaq üçün göz əzələsini möhkəmləndirən idman etməyi məsləhət görürlər.

Məsələn, gözlərinizi 3-5 saniyə möhkəm bağlayın, sonra 5 saniyəlik açın və bunu 6-8 dəfə təkrar edin. Yaxud da 1-2 dəqiqə ərzində gözlərinizi tez-tez açıb- bağlayın. Sonra gözlərinizi bağlayıb, göz qapaqlarınızı astaca massaj edin. Bu hərəkətlər gözlərinizdə qan dövranını yaxşılaşdırar. Əgər siz uzun müddət kompyuter arxasında çalışırsınızsa, o zaman gündə 1 dəfə 100 metrdən yaxın olmayaraq, əlvan olmayan əşyalara baxmağa çalışın.

Xüsusi damcılardan istifadə edin. Əsasən də gözdə tozdan və yaxud kompyuterdən qıcıqların yarandığı zaman linzaların taxılmasında rahatlığı təmin etmək üçün damcılardan istifadə etmək məqsədəuyğundur.

Həkimlərin əksəriyyəti təbiətin bizə bəxş etdiyi təbii bitkilərdən istifadə etməyi məsləhət görürlər. Gözlərin yorğunluğu zamanı qaragilə, qanotu, qatıqotu kimi bitkilərdən istifadə göz qişasını gücləndirir.

R.t.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.