Nəhəng planşet göstərildi

30 Ağustos 2014
1 607
0
 Nəhəng planşet göstərildi
 Nəhəng planşet göstərildi


Fuhu şirkəti artıq uzun müddətdir uşaqlar üçün nəzərdə tutulmuş Androidin xüsusi versiyası ilə işləyən planşetlər satır. Amma əvvəllər istehsalçı 10 düymlük qurğular buraxıb. Hazırda şirkət Android nəhəng üzərində işləyib.

24 düymlük planşet ölçülərinə görə masaüstü kompüterə oxşayır. Ekranın təsvir ölçüsü 1920 x 1080 nöqtə təşkil edir. Planşetin çəkisi təxminən 6 kq-dır və NVIDIA Tegra 4 çipi, 2 QB əməli yaddaş və 16 QB daxili daşıyıcı ilə təchiz edilib. Android 4.4 əməliyyat sistemi quraşdırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni cihaza öncədən xeyli sayda təhsil proqram təminatı quraşdırılıb. Google Play onlayn mağazasından istifadə mümkündür. Həmçinin Nabi App Store mağazasının tətbiqi öncədən quraşdırılıb, bu mağazada əlavə uşaq proqramları dəsti var.

Qurğunun akkumulyatorunun tutumu 1600 milliamper/saatdır ki, bu da yarım saatlıq avtonom iş üçün kifayət edir. Planşetin stasionar rejimdə istifadə olunacağı gözlənilir.

Qurğu payızın əvvəlində satışa çıxarılacaq, qiyməti 550 dollar təşkil edəcək.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.