❖ Tarixə salınmış ölüm ❖

20 Ocak 2015
2 885
0
❖ Tarixə salınmış ölüm ❖
❖ Tarixə salınmış ölüm ❖


Mənə verdiyin ümid sandiğım yalanla ölümüm təxirə salındı. Bəlkə o ümid deyildi... Sadəcə özüm özümü aldadırdım. ümid... ümid... ümid... O insanın həyatını necə də zəhərləyir.

Ümidlə zaman uzanır və zaman öz zəhərli əqrəblərini sancır bizə... Bir də ayrılırsan ki artiq çox gec demək ücün çox gecdi. Bir də ayılacam ki artiq 21yox 71 yaşım var. Amma yenə də ümid eləyirəm... İnsanın ümidi o qədər kiçik şeylərdən doğur ki......çiçəyi götürüb ləçəklərini töküb sevir,yoxsa sevmir sözlərini də təkrar edirsən. Bu qədər kiçik ümidlərə qapılıb çoxsu.
Niyə? Bəs bu qədər darda ikən niyə arzu dadımıza çatmır, niyə hər şey istədiyimiz kimi olmur?Axı yaxşı insanlarin ortaq məqsədi ancaq heç kəsi əzmədən zirvəyə qalxmaq əzilənləri qurtarmaqdı.


❖ Tarixə salınmış ölüm ❖

Bu yol çox çətin yoldu. Iradəsi güclü olan da qalib gəlmir. Yalnız əzilməyib əzməklə zirvəyə qalxa bilərsən...
Bəziləri bunu bacarmayacağını desə də nəticədə hər kəs standartlaşır. Hər kəsin simasında üzdən yağan zəhrimar nifrət coxalır. Bu yola getməyənlərsə demək olar ki yoxdu. Mecburdu hər kəs. Həyatin qanunları... Ama Allahın yazmadiği qanunlardı bu. Kim yazıb bu qanunları hələ də məlum deyil... Gör götür dünyasıdı. Heç kəsin şəxsi fikirləri arzuları yoxdu.

❖ Tarixə salınmış ölüm ❖

Beynimizə yeridilmiş pulpərəst fikirlərlə öz dünyamızda qurmağa başlayıb calışdıgımız arzular məhv olur heç arzulamağa vaxt qalmır. Budurmu həyat? Budurmu azadliq? Budurmu xoşbəxtlik? Bəs ədalət? Bəs sevgi?Sevgidə kimdədisə gizlədir...Hər şey öz kiçik dünyamızda yaratdıgımız reallaşdırılması mümkün olmayan boş xəyallar arzulardı sadəcə...


❖ Tarixə salınmış ölüm ❖


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.