Ümidinizi itirin, o halda ki...

30 Ekim 2015
1 947
3
Ümidinizi itirin, o halda ki...
Ümidinizi itirin, o halda ki...


"Şan-şöhrətini itirsən də , ümidini itirmə. Günəş hər gün batır, amma ertəsi gün yenidən doğur” demişdi qədim Yunan filosofu Platon.

Düzünü demək lazımdırsa, mən ümidin varlığına inanmayan insanlardan olmuşam. Mənə görə "ümid” deyilən nəsnə sadəcə insanoğlunun özünü aldatması olub hər zaman. Bir işi alınmayanda, daha yaxşısı olacağına özünü inandırmaq üçün insana nəsə bir hiss lazım idi. Bu hissin adını da "ümid” qoymuşdu.
http://static.tumblr.com/f7bcd729249d256c061510e8b589cecc/hvtxeke/hBRnq425v/tumblr_static_dicgs2zhogocgwgwc80440w8s.gif
Zirvəyə çatmaq üçün çalışmaqla yanaşı ona motivasiya lazım idi, işıq lazım idi tunelin sonunda qatarın gəldiyini görə bilmək üçün. Qaranlıqda qaldığı zaman aydınlığa çıxmaq, hər yıxılanda ayağa qalxmaq üçün ona uzadılan əl və yenidən başlamaq üçün stimul. Bütün bunlar isə yalnız bir hissdə və 4 hərfdə cəmlənmişdi-ÜMİD.Həm də necə böyük bir ümid.

Məşhur bir deyim var: "Düşməninə qalib gəlmək istəyirsənsə, onu özündən də yaxşı tanımalısan”. Mən də ümidə inanmayan bir insan kimi ona inanan insanları tanımağa başladım. Xəyallarını, arzularını və ən əsası ümidlərini tanıdım. O ümid ki, onları yıxılmağa qoymadı. Yıxılsa belə yenidən qalib gələcəyinə məhz ümid etdiyi üçün qalxdılar. O ümid ki, hər şey pis olsa belə "Ümid sonda ölür” dedilər və yenə o hissə inandılar. Bilirsiniz, bu qədər ümidi olan insanın varlığı, onların inamını görmək yeni bir həyata bəlkə də ilk addım oldu mənim üçün. Günəşin yenidən doğacağına inanmaq kimi. Gözləmək kimi. Fərqi yoxdur nəticəsi necə olacaq. Sən sadəcə ümid edərək gözləyirsən. Amma içindəki o ümid səndən daha inamlıdır deyə gözləyirsən. Dediklərim məni hardasa ümidin varlığına inandıra bilmişdi. Və bu saydıqlarım inanmaq istəmədiyim ümidin, əslində, heçnə etmədən sadəcə "ümid etmək” olduğunu göstərdi. Sadəcə bir hissi əsas tutmaq, ümidin özünə " ümid etmək” və də heçnə etməmək. Bax məni o hissdən uzaqlaşdıran da məhz bu səbəb idi.
http://static.tumblr.com/f7bcd729249d256c061510e8b589cecc/hvtxeke/hBRnq425v/tumblr_static_dicgs2zhogocgwgwc80440w8s.gif
Ətrafımdakılara çatdırmaq istədiyim də zənnimcə bunlar olmuşdu: "Əgər o ümid sizi istəklərinizin ardınca apara bilməkdə aciz hiss kimi qalacaqsa, itirin o ümidi. Əgər o ümid sizə sadəcə daxilinizdəki boşluğu doldurmaq üçün lazımdırsa, itirin o ümidi. Əgər o ümid sizi xəyal qırıqlığı ilə qarşılaşdıracaqsa, itirin o ümidi. İtəcəksə, qoy o ümid itsin. Ancaq sizə mübarizədə vasitəçi olacaqsa, nəticəsi olan bir işdə sizinlə olacaqsa qoruyun o ümidi. Gizlədin daxilinizdə, kimsəyə bildirməyin. İcazə verin insanlar sizi ümidsiz hesab etsinlər. Siz bundan heç nə itirməyəcəksiniz, əvəzində kimlərinsə həyatında doğacaq Günəş olacaqsınız. O, hər məğlub olanda sizdən və daxilinizdəki ümidinizdən stimul alacaqdır. Başqası üçün bir Günəş olmağın xoşbəxtliyini isə yaşayanda biləcəksiniz. Platonun sözünü xatırlayaraq təbii ki."

Və kiçik bir tövsiyə: "Əgər itəcəksə, icazə verin məhz o ümidiniz itsin. Sizi sadəcə hisslərin ağuşuna atan və heçnə etməyə qoymayan ümidi…”

Müəllif: Aidə Səlim
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Çox xoşum gəldi məqalədən
  2. AleDa
    • AleDa
    • 30 Ekim 2015 22:47
    Insan umıdsız nece yasıyar kı?? Men bır cox seye umıd edırem. Olmayacagını bıle bıle umıd edırem.. Umıd etmeyı sevırem. Umıd edende umıd etdıyım seyın gercek olacagını dusunub xosbext oluram.. Maraqlı xeberdı..
  3. -Aydan-
    Və kiçik bir tövsiyə: "Əgər itəcəksə, icazə verin məhz o ümidiniz itsin. Sizi sadəcə hisslərin ağuşuna atan və heçnə etməyə qoymayan ümidi…”-Çox xoşum gəldi məqalədən .. Əsasda bu tövsiyədən..
    Təşəkkürlər....
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.