'..Təhlükə..'

27 Ocak 2015
3 766
0
'..Təhlükə..'
'..Təhlükə..'

'..Təhlükə..'

Təhlükə mənbəyi
Allah-təala Qurani-Kərimdə buyurmuşdur:

"And olsun nəfsə və onu yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”.(Şəms surəsi, ayə 7, 8, 9 ,10. )

İnsan prinsipcə üç əsas ünsürdə fərqlənir. Bu ünsürlərin qarşılıqlı əlaqəsi insanın şəxsiyyətini təşkil edir. Bunlardan birincisi əql, ikincisi nəfs, üçüncüsü isə cismdir. Ruh isə bu ünsürlərin hər üçünə də şamildir. Əvvəlcə bu ünsürlərə bir qədər aydınlıq gətirək. Yəni, ruh, əql və nəfs deyildikdə biz nə başa düşürük? Cismin mənası isə hamıya bəlli olduğu üçün onu izah etməyə heç bir ehtiyac yoxdur. Lakin ruha, əqlə və nəfsə tərif verilməsi xüsusunda filosoflar, kəlam və ideologiya alimləri arasında böyük mübahisələr və ixtilaflar yaranmışdır. İndi isə bu terminlərin tərifləri ilə tanış olaq:
Ruhun tərifi.
Ruh dedikdə insanı yaşadan, həyat mənbəyi olan bir qüvvə nəzərdə tutulur. Hansı ki, onun cismdən ayrılması ilə insanın həyatı bu dünyada sona yetir. Məhz bu səbəbdən də yuxarıda ruhun hər üç ünsürünə (əqlə, nəfsə və cismə) şamil olduğu qeyd edilib. Həyat bəxş edən bir qüvvənin ruhun olmadığı bir təqdirdə əqldən danışmaq olarmı? Onsuz nəfs öz rolunu oynaya bilərmi? Və ya cisim hərəkət funksiyasını yerinə yetirərmi?
Ruhun cismdən xaric olması, onun dünya həyatı ilə vidalaşıb başqa bir aləmə köçməsi deməkdir.
Əqlin tərifi.
Əql dedikdə insana haqla batili, xeyirlə şəri və mümkünlə qeyri-mümkünü bir-birindən fərqləndirməyi öyrədən bir nur başa düşülür. Digər şəkildə ifadə etsək, əql idrak, seçim və bilik qüvvəsidir. İnsan məhz onunla dərk edir, seçir və qiymətləndirir.
Nəfsin tərifi.
Nəfsə gəldikdə isə qeyd edək ki, bu məfhumun tərifində filosoflar arasında böyük ixtilaflar yaranmışdır. Hətta bəziləri nəfs haqqında təriflərin sayının qırxa yaxın olduğunu söyləmişlər.
Biz isə nəfsi, insandakı meyllərin, duyğuların və şəhvani hisslərin mərkəzi hesab edirik. Qurani-Kərimdə buna bəzən nəfs və bəzən isə qəlb adı verilmişdir.


'..Təhlükə..'

R.T.Zemichka
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.