3-cü HAQQ - Valideynlərin Haqqı

01 Şubat 2015
5 066
0
3-cü HAQQ - Valideynlərin Haqqı
3-cü HAQQ - Valideynlərin Haqqı


Allah və Onun elçisindən sonra, hər kəs üçün ən fəzilətli olan onun valideynidir. Övlad üçün ata-ananın hər birinin özünə görə fəziləti var. Lakin, ananın fəziləti daha çoxdur:

«Biz insana ata-anasına yaxşılıq etməyi (valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı» («Loğman» surəsi, 14.


«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara "Uf!" – belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" – de»
(«əl-İsra» surəsi, 23-24).
Əbu Hüreyrə (r.a) deyir: «bir kişi Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın elçisi! Kimə daha çox qayğı göstərməliyəm?" O dedi: "Anana". Kişi soruşdu: "Sonra kimə?" Peyğəmbər (s.ə.s) dedi: "Anana". Kişi təkrar soruşdu: "Bəs daha sonra kimə?" O yenə cavab verdi: "Anana". Kişi bir daha soruşdu: "Bəs daha sonra kimə?" Peyğəmbər (s.ə.s) bu dəfə dedi: "Atana"» (əl-Buxari, 5971).

Bu qayğı təkcə bizə yox, bizdən əvvəlki ümmətlərə də buyurulmuşdur.

2. Valideyni söydürməmək onun haqlarındandır.

Abdullah bin Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Kişinin valideynlərini lə‘nətləməsi (söyməsi) böyük günahlardandır». (Səhabələr): «Ey Allahın elçisi! Kişi valideynlərini lə‘nətləyərmi?» – deyə soruşduqda, o dedi: «Birinin ata-anasını söyür, o da qayıdıb onun ata-anasını söyür» (əl-Buxari, 5973).

3. Valideyni İslama də‘vət etmək onun haqların¬dandır.

Əbu Hüreyrə (r.a) belə rəvayət edir: «Mən müşrik olan anamı İslama də‘vət edirdim. Bir gün yenə onu də‘vət etdikdə, Peyğəmbər (s.ə.s) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib, dedim: "Ey Allahın elçisi! Mən anamı islama də‘vət edirdim, o bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, Əbu Hüreyrənin anasına hidayət versin!" Peyğəmbər (s.ə.s) dedi: "Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!" Mən Peyğəmbərin (s.ə.s) duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: "Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa (ibadət haqqı olan) mə‘bud yoxdur və Məhəmməd Onun qulu və elçisidir". Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Gözün aydın! Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi…"» (Müslim, 6346).
Qeyd: Valideyn kafir olsa belə, onun dünyəvi haqqını ödəməliyik (gözəl rəftar etmək, kömək etmək, sözünə qulaq asmaq və s.). Lakin Allahın haram buyurduğu işlərə sövq etsələr, əməl etməməliyik.


4. Valideynlər vəfat etdikdən sonra onlar üçün dua etmək, Allahdan bağışlanma diləmək də onların haqla¬rındandır:

«Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və mö‘minləri bağışla!» «İbrahim» surəsi, 41
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.