Naməhrəmə baxmaq

08 Şubat 2015
5 148
0
Naməhrəmə baxmaq
Naməhrəmə baxmaq


Əvvəlki fəsildə qadının bədəninə baxmağın hökmlərindən bəhs etdiyimiz üçün, burada lazım görürük ki, qadın və kişinin bir-birinə baxmasının həddi-hüdudu müəyyənləşsin. Naməhəm kişi və qadınların şəhvət və ləzzət üzündən bir-birinə baxması, şübhəsiz ki, haramdır. İslam dinində bu cür baxışlar gözün zinası kimi təbir edilmişdir. Şəhvətsiz nəzərlər də üz və əllərdən başqa yerlərdə qadağandır. Amma üzə və əllərə ləzzət məqsədi olmadan baxmağın eybi yoxdur. Məhrəm kişi və qadınların bir-birinin orvrətlərindən başqa bütün yerlərinə baxmaları həmçinin, təbibin müalicə zamanı naməhrəmə əl vurması və baxması kimi zəruri hallarda, habelə dənizdə qərq olan, yanğında qalan (naməhrəm) şəxsi xilas etmək ləzzət qəsdi olmadan caizdir və işkalı yoxdur.
Allah taala buyurur: "Ey Peyğəmbər, bütün imanlı qadın və kişilərə çatdır ki, öz gözlərini bir-birinə baxmaqdan yumsunlar. Öz namus və ovrətlərini hifz etsinlər. Bu onların paklığı üçün lazımdır.”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in səhabələrindən biri olan İbni Ümmü Məktum kor idi. Bir gün Həzrətin hüzuruna gəlmək istədi. Evə daxil olanda Ayişə və Həfsə otaqda idi. Həzrət onlara buyurdu ki, o biri otağa keçsinlər. Onlar ərz etdilər: Qonağın ki gözləri görmür! Həzrət buyurdu: "Nə olsun ki kordur, siz ki onu görürsünüz!”
Bu hədisdən göründüyü kimi, Həzrət qadınların kişilərə baxmalarının qarşısını alır. Bütün naməhrəmlərin bir-birinə baxışı haramdır, lakin bu məsələ ailə qurmuş şəxslərin barəsində daha şiddətlə qəbahətli sayılır.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur ki, "Əgər ərli bir qadın öz məhrəmlərindən və ərindən başqasına baxarsa, Allah bütün qəzəbi ilə onunla rəftar edəcək, onun bütün yaxşı əmələrini məhv edəcəkdir.
İmam Sadiq və İmam Baqir (əleyhiməssalam)-dan nəql olunan bu hədisdə buyurulur ki, "hər kəs bir növ zinaya mürtəkib olur. "özün də zinası naməhrəmlərə baxmaqdır.”

İmam Sadiq (əleyhissalam) buyurur: "Naməhrəmə baxış şeytanın zəhərli oxlarından biridir. Nə qədər belə nəzərlər olmuşdur ki, əbədi peşmançılıq gətirmişdir.”
Peyğəmbərin arvadı Ümmü Sələmə deyir: Rəsuli Əkrəmin yanında idim, onun arvadı Meymunə də mənimlə birlikdə oturmuşdu. Birdən İbni Ümmü Məktum evə daxil oldu. Bu hadisə hicab hökmü nazil olandan sonra baş vermişdi. Həzrət buyurdu: "O biri otağa keçin.” Ərz etdik: "O ki kordur və bizi görmür!” Həzrət buyurdu: "Nə olsun ki, o kordur, siz ki görürsünüz!”

Nümunə kimi qeyd olunan bu rəvayətlərdən məlum olur ki, naməhrəmə baxış öz ardınca necə də fəsad gətirir, ilahi əzaba səbəb olur və yaxşı əməlləri necə məhv edir. Bu məsələ barəsində qadınla kişi arasında heç bir fərq qoyulmur, onlardan hər birinin digərinə baxması haram və qadağandır. Amma ailə qurmuş şəxslərdə bu məsələ son dərəcədə qəbahətli sayılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.