10-cu HAQQ - Qeyri-Müsəlmanların haqqı

08 Şubat 2015
2 391
0
10-cu HAQQ - Qeyri-Müsəlmanların haqqı
10-cu HAQQ - Qeyri-Müsəlmanların haqqı


Kafirlər və müşriklər Allahın, Peyğəmbərin (s.ə.s) və müsəlmanların düşmənidir. Lakin bununla belə onların haqqını ödəmək, onlara qarşı ədalətli olmaq biz müsəlmanların borcudur:

«Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır» («əl-Maidə» surəsi,8).
Əbu Zərdən (r.a) rəvayət olunan hədis: «Peyğəmbər (s.ə.s) Rəbbindən rəvayət edib deyir ki, "O dedi: – Ey qullarım! Mən zülm etməyi nəfsimə haram etdim. Sizin bir-birinizə zülm etməyinizi də sizə haram etdim. Bir-birinizə zülm etməyin!"» (Müslim, 6517).

Ümumiyyətlə kafirlər dörd qismdir:

1. İslamın və müsəlmanların düşməni:

«Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun sər¬hədlərini aşarsa, Allah da onu həmişəlik cəhənnəmə daxil edər. Onu rüsvayçı əzab gözləyir» («ən-Nisa» surəsi, 14).

10-cu HAQQ - Qeyri-Müsəlmanların haqqı

2. Aman istəyənlər. Onların haqqı, tə‘yin olunmuş məkan və zaman ərzində onları himayəyə götürməkdir:

«Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır» («ət-Tövbə» surəsi, 6).

3. Əhd bağlayanlar. Onların haqqı, onlarla bağlanan əhdə vəfa etmək və tə‘yin olunmuş müddət ərzində bağlanan ittifaqı pozmamaqdır:

«Müqavilə bağladıqdan sonra sizə qarşı bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş (müşriklər) istisnadır. Onlarla olan əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin» («ət-Tövbə» surəsi, 4).

4. Zimmilər. Bunlar İslam dövlətində daimi sakin olan yəhudi, xaçpərəst, məcusi və qeyriləridir:

Zimmə əhlinin haqqı

10-cu HAQQ - Qeyri-Müsəlmanların haqqı

1. Zimmə əhdini pozmamaq:

«Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin!» («ən-Nəhl» surəsi, 91).

2. İslam dinini qəbul etməyi onlara məcbur etməmək:

«Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) fərqlənir» («əl-Bəqərə» surəsi, 256).

3. Onları himayə və müdafiə etmək.

4. Onları sirdaş tutmayaraq onlara yaxşılıq etmək:

«Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxaran və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir» («əl-Mumtəhinə» surəsi, 8-9).

5. Günah olan işlərə (araq içmək, donuz əti yemək və s.) müsəlmanları də‘vət etməyincə, o işləri etməkdə onlara mane olmamaq.

10-cu HAQQ - Qeyri-Müsəlmanların haqqı

6. Qanlarına və mallarına bais olmamaq.

7. Zülm etməmək və bacara bilmədiyi bir işi etməyə məcbur etməmək.


10-cu HAQQ - Qeyri-Müsəlmanların haqqı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.