Daha gümrah oyanmaq üçün 5 tövsiyyə

30 Ağustos 2014
1 708
0
Daha gümrah oyanmaq üçün 5 tövsiyyə
Daha gümrah oyanmaq üçün 5 tövsiyyə


1. Təxirə salmağı unudun
Zəngli saatın təxirə salma düyməsini basmağa artıq icazə yoxdur. Saatınızı erkən saata qurub beş-altı dəfə təxirə salma düyməsini basmayın. Düyməyə hər dəfə basanda zəif olduğunuzu və yataqdan qalxmayacağınızı hiss edərsiniz. Saatınızı nə vaxt qalxmaq istəyirsinizsə o zamana qurun və saat susanda ən çətin şeyi edin: Qalxın. Bundan sonra daha güclü hiss edəcəksiniz. Bunu hər gün etməyinizin özünüzə güvəninizin artmasını təmin edəcək.

2. İlk beş saniyə
Çöl qaranlıq və soyuq olanda qanınızın qaynaması üçün ani bir ilhama ehtiyacınız var. Bir sitat və ya sevdiyiniz bir kitab oxuyun, hədəflərinizi nəzərdən keçirin və s. Cib telefonu, pult və ya diş fırçasına uzanmadan əvvəl, ilk bunu edin.

3. Qanınız axmağa davam etsin
Beyniniz bütün gecə aktiv ikən bədəniniz belə deyil. Beyni hazırlamağın ən yaxşı yolu bədəni hərəkət etdirməkdir. Beyninizi qidalandırdıqdan dərhal sonra, əzələlərinizə qan axması və oynaqlarınızı boşaltmaq üçün bir neçə dəqiqə yüngül əsnəmə hərəkətləri və ya yoga edin.

4. Gündəlik
Gündə 15-20 dəqiqə yazın, beyninizi işlədin və yalnız düşünün. Xoşbəxtlik və rifah hissinizi artırmanın ən yaxşı yollarından biri, minnətinizi ifadə etməkdir. Bunu etməyin ən asan üsulu minnət duyduğunuz şeyləri kağıza tökməkdir. Bir neçə dəqiqənizi gələcəyiniz haqqında xəyal quraraq da keçirə bilərsiniz. Dərhal günün təzyiqlərinə, vəzifələrinə və problemlərinə basdırılmazdan əvvəl, mükəmməl gələcəyinizə fokuslanan bir neçə dəqiqəlik sükut sizə bütün gün davam edəcək sakitlik və dinclik təmin edə bilər.

5. Səhər yeməyi
Böyük ehtimalla daha əvvəl eşitmisiniz. Amma təkrar etməkdə fayda var, çünki insanların 40%-i səhər yeməyini ötürür. Yaxşı bir səhər yeməyinin faydaları yaxşı bilinir. Sosiska, kolbasa, xəmir işləri və emal olunmuş taxıllardan imtina edib yağsız, südlü, tam taxıllı qidalar yeyə bilərsiniz, istəsəniz banan və kişmiş də əlavə edə bilərsiniz. Səhər yeməyi üçün vaxtınız yoxdursa və ya əlavə bir şey etmək istəyirsinizsə, bir enerji qarışığı da içə bilərsiniz. Hazırlamaq təxminən üç dəqiqə, içmək də iki dəqiqə çəkir. Ən gözəl tərəfi də buna hər şeyi əlavə edə bilərsiniz.


Bütün bunları etsəniz səhər proqramınız bəlkə 20-30 dəqiqə uzanacaq. Əlbəttə səhər yarım saat böyük bir zaman, amma buna gününüzə və sizə investisiya gözüylə baxın. Yuxarıdakıları etmək sizə müsbət bir aura gətirəcək, daha çox nəzarət hissi təmin edəcək və sizə dincliklə sakitlik bəxş edəcək


Redakta etdi:Gulshen
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.