Harun ər-Rəşid və İbn Səmmak

30 Ağustos 2014
1 961
0
Harun ər-Rəşid və İbn Səmmak
Harun ər-Rəşid və İbn Səmmak

Harun ər-Rəşidin müasiri olan məşhur arif İbn Səmmak bir gün onun yanına gəlmişdi. Harun var-dövləti, hökuməti ilə fəxr edərək öyünür. Bu zaman içmək üçün onlara su gətirirlər. Harun su qədəhini əlinə götürüb içmək istəyəndə İbn Səmmak soruşur:
- Ey xəlifə, əgər susuzluqdan ölmək halına gəlib çatsan və bir qurtum suyun əvəzində xilafətin yarısını səndən tələb etsələr, verərsənmi?
Harun bir az fikirləşib cavab verir:
- Bəli, verərəm.
Xəlifə suyu içəndən sonra İbn Səmmak bu sualı verir:
- Bəs, əgər içdiyin su mədəndə qalsa və çölə çıxmasa, səni müalicə etmək və sudan azad etmək üçün xilafətin o biri yarısını istəsələr, verərsənmi?
Harun yenə deyir:
- Əlbəttə, verərəm.
Bu zaman İbn Səmmak söyləyir:
- Sənin xilafətinin qiyməti məlum oldu. Xilafət bir qurtum suyun içilməsi və ifraz olunması qədər dəyərə malikdir. Əgər belədirsə, onun uğrunda bu qədər hərislik göstərməyə dəyərmi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.