O məni gözləyir

23 Nisan 2015
1 550
0
O məni gözləyir
O məni gözləyir

O məni gözləyir
Taksiyə qadın oturdu, əlində böyük gül buketi, paltarının ətəyini həyəcanlı bir şəkildə toplamağa çalışırdı, həyəcanlı idi.
- Zəhmət olmasa bir az tez, gecikirəm!
- Yəqin ki, qonaqlıga gedirsiniz. - Bəli, qızımın ad günüdür. Bu gün onun 25 yaşı tamam olur. O saat 15:00-da məni gözləyir. Saat 14:40 idi. - Onda tez gedək, gecikməmək üçün, ünvanı deyin... - Burda, uzaqda deyil, şimal qəbristanlığına, zəhmət olmasa - dedi, sürücüyə kədər və göz yaşları ilə dolu gözlərlə baxdı. O qadına baxdı, amma heç nə demədi. Qadın isə az qala ağlayaraq danışmağa davam edirdi: -
Başa düşürsünüz, mənim qızım bir ay əvvəl məni tək buraxdı, dünən isə mənə zəng edib deyir: " Ana, əgər mənim üçün bu qədər darıxırsansa, günorta saat üçdə mənim yanıma gəl, oturarıq, söhbət edərik" Qadının sifətində titrək gülüş yarandı.. - O məni gözləyir! Hava çox isti idi, hər yerdə tıxac var idi. - Qorxuram ki, çatmayaq - deyə sürücü dilləndi. - Heç nə olmaz, burda yaxındadır, piyada gedərəm. O cəld addımlarla çıxdı, qəbirstanlıq tərəfə yollandı və döngədə gözdən itdi. Maşınların hərəkəti bərpa olundu və taksist yoluna davam etdi. Həmin döngə tərəfə gedərkən sürücü, ona tanış olan gülləri yola səpilmiş vəziyyətdə gördü. Dəhşətli qəza baş vermişdi, həmin qadın qəzada ölmüşdü. Bircə külək onun saçlarını və əlində qalan gülləri tərpədirdi. Sürücü saata baxdı: 15:00 ... O vaxtında çatmışdı...

O məni gözləyir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.