Ana!

02 Mayıs 2015
3 007
0
Ana!
Ana!


Nəfəsin üzümə dəymir nə vaxtdır
Əllərin qapımı döymür nə vaxtdır
İntizar qalmışam gör bir nə vaxtdır
Yaman darıxmışam sənin üçün Ana!Ana !Ana!

Ana!

Səni bu həftələr aylar istəyir
Saçın tək agaran çaylar istəyir
Dünyanın özü də laylay istəyir
Yaman darıxmışam sənin üçün Ana!Ana Ana!!

Ana!

Ömrüm bir qayıqdır limanı sənsən
Gümansız könlümün gümanı sənsən
Həyatın beşiyi ünvanı sənsən
Yaman darıxmışam sənin üçün Ana!Ana !Ana!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.