Düşün azacıq

21 Mayıs 2015
1 445
0
Düşün azacıq
Düşün azacıq

Biz öz-özümüzə doğma demədik,
Doğma adın verdi özgələr bizə.
Biz öz gözümüzdə özgə göründük,

Özgələr tək baxdıq öz-özmüzə.
Düşün azacıq

Satın aldı bizi bizdən olmayan,
Özgələr əliylə cibə qoyulduq.
Biz bir-birimizə olmadıq həyan
,
Biz özgələr üçün özünki olduq.

Düşün azacıq
Bölündüq,kəsildik,paralandıq da,
Yenə kor-koranə özgəni gəzdik,
Öldük də,sındıq da, yaralandıq da,

Öz faciəmiz də olmadı bizlik.

Düşün azacıq
Biz öz-özümüzü alçaltdıq,əzdik,
Təki ucalaq özgə gözündə.
Mərd mezarlarını sıraya düzdük,

Təbəssüm görməkçün namərd üzündə.
Düşün azacıq


Demə ki sözlərim xətrinə deyib,
Öz kimliyin haqda düşün azacıq.
Ay sağ-solundakı dağı görməyib,

Uzaq təpələri dağ bilən yazıq.
Düşün azacıq
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.