Həyat yəni.. Bir düşün..

22 Kasım 2014
2 158
0
Həyat yəni.. Bir düşün..
Həyat yəni.. Bir düşün..

- Hava soyuqdur. Qulaqcıqlarını tax. Küçəyə çıx. Üşü. Gəz. Daha çox üşü. Daha çox gəz. Üşüdükcə gəz. Gəzdikcə , düşün.. Olmaq istədiyin insanı düşün. Olduğun insanı düşün. Sahib olduqlarını düşün. Sənin olmayanları düşün. Sevdiklərini, Sevmmədiklərini düşün. Qazandıqlarını , itirdiklərini düşün. Dediyin, deyilən yalanları düşün. Səni tərk edənləri, tərk etdiklərini düşün. Artıq xəyalını qurmadığın o həyatı düşün. Nə qədər asan unutduğunu düşün. Bir daha heçkimi sevməyəcəyini düşün. Saatlarla düşün amma heç bir şey düşünmədiyini anla. Evə qayıt. Aynaya bax. Sol gözün qızarıb. Demək ki, ağlamaq istəmisən hiss etmədən. Nə vaxt ağlamaq istəsən, sol gözün qızarar çünki. Aç isti suyu, gir altına. Soyuqdan donan bədənin isti suyun altında uyuşsun. Sümüklərin sızlasın. Sakitləş... Düşün. Yenidən düşün. Arxasıyca əl elədiyin avtobusları düşün. İnsanları düşün. Xəyanətləri düşün. Bir zamanlar xəyalların olduğunu düşün. Bir zamanlar xoşbəxt olduğunu düşün. Xoşbəxtliyin necə bir hiss olduğunu unutduğunu düşün. O`nu düşün. O`nu heçvaxt qucaqlaya bilməyəcəyini düşün. İndi çıx isti suyun altından. Çıx və yaşa. Və yaşadığın bu şeyə "Həyat" de. Həmişə eyni mahnı çalsın qulaqlarında. Həmişə eyni yerdən yansın için. Amma sən yenə də həmişə, "Həyat" de. Çünki həyat.. Gözəl yuxuların xaricində qalan acı dadan zaman dilimi.. Çünki həyat, həyatdır yəni.. Çünki həyat, həmişə belədir.. Sənə nə qədər acı gəlsədə.. Bir gün yenə o gözəl yuxulara qayıdacaqsan. Oyanana qədər xoşbəxt olacaqsan.. Həyat yəni.. Bir düşün..

Həyat yəni.. Bir düşün..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.