Fərqindəyəm..

24 Mayıs 2015
1 440
0
Fərqindəyəm..
Fərqindəyəm..
Fərqindəyəm....həmişə diqqətimi çəkib üzü olmayan qadın tabloları..baxdıqca doymamışam nədənsə..fikirləşirəm,görəsən rəssam nə düşünürdü bu tablonu çəkərkən..kimi düşünürdü?..sevdiyi qadınımı,mümkünsüzlüyünümü?..kim bilir,bəlkə də,heç kəsə demədiyi sirri idi bu..bəlkə də evli idi bir başqası ilə...boyalarla ifadə etməyə çalışırdı, üzünü belə paylaşmağa qıymadığı qadınının varlığını..uzaqlarda bir yerdə həmişə onu gözlədiyinə inandığı qadınını..məni dəli edən o qadının üzünə olan marağımdır..görəsən necə olardı təsvir edilsəydi..? gözləri,dodaqları,təbəssümü və ya göz yaşı?..içimdən tək bir şey keçir həmin anlarda..bir anlıq da olsa çönüb arxaya baxmasını xəyal edirəm..bəli,görmək istəyirəm,amma..gözəlliyi nə qədər çox olur olsun gizliliyi qədər ecaskar olmayacaq.
Fərqindəyəm..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.