Niyə yalnız Fatimədən (s.ə) sübut və dəlil istəyirlər?

30 Haziran 2015
3 447
0
Niyə yalnız Fatimədən (s.ə) sübut və dəlil istəyirlər?
Niyə yalnız Fatimədən (s.ə) sübut və dəlil istəyirlər?

Niyə yalnız Fatimədən (s.ə) sübut və dəlil istəyirlər?
Ömər dedi:Ey Muahmmədin (s) qızı!Öz iddiana dəli və sübut gətir!
Xanım buyurdu:Bəs nə üçün Cabir ibni Əbdullah və Cureyr ibn Əbdullahın sözünü onlardan sübut və dəlil istəmədən qəbu etdiniz?Halbuki,mənim sübutum Allahın kitabındadır.
Ömər dedi:Cabir və Cureyr az qiymətli bir şeyi istəyirdilər,amma sən böyük bir məsələni iddia edirsən ki,Muhacir və Ənsar tayfası onunla mürtədd ola bilər!!!
Həzrət Zəhra (s.ə) buyurdu:Muhacirlər Peyğəmbər və Onun Əhli-beytinin köməyi ilə Allahın dininə hicrət etdilər.Bəs,əgər hicrət olubsa,bizə tərəf olub və əgər kömək olubsa,yenə bizə kömək ediblər.Tabein də bizim vasitəmizlə dinə tabe olublar.Hər kəs də dindən (İslam dini) çıxsa,cahiliyyət dövranına qayıtmış olar.
Ömər dedi:Bu batil sözləri kənara qoy!Öz sözünə (Fədək barəsində) şəhadət vermək üçün şahid gətir!

Fədəyin mülkiyyəti üçün Fatimənin (s.ə) şahidləri və qəsbkarların əks əməli.

Həzrət Zəhra (s.ə) həmin məclisdə qaldı.Əli (ə),Həsən (ə),Huseyn (ə),Ümmü Əymən və Əsma bint Umeysi (Əbubəkrin arvadı) şəhadət vermək üçün məxlisə çağırtdırdı.Xanım Zəhra (s.ə) buyurduğu sözlərin hamısına şəhadət verdilər.
O cümlədən Ümmü Əymən belə dedi:Peyğəmbər (s)-dan eşitdim ki,buyurdu:
"Fatimə (s.ə) Behişt qadınlarının xanımıdır"Deyin görüm Behişt qadınlarının xanımı malik olmadığı şeyi özü üçün iddia edərmi?Mən də Behişt qadınlarındanam.Peyğəmbərdən (s) eşitmədiyim söz barəsində şəhadət vermərəm.
Əbubəkr dedi:Bu hekayəni kənara qoy!Sənə nə (çatır ki,) şəhadət verirsən?
Ümmü Əymən dedi:Ey Əbubəkr! Peyğəmbər (s) buyurduğu sözlər barəsində səndən etiraf və iqrar almayınca şəhadət verməyəcəyəm.Səni and verirəm Allaha,bilirsənmi Peyğəmbər (s) mənim barəmdə buyurubdur ki,Ümmü Əymən Behişt qadınlarındandır?
Əbubəkr dedi:Bəli!

Ümmü Əymən dedi:İndi mən şəhadət verirəm Cəbrail (ə) Peyğəmbər (s)-ın yanına gəlib dedi ki,Allah-təala buyurub:"Ən yaxın adamına öz haqqını əta et!"
Peyğəmbər (s) buyurdu:Yaxın adamımda məqsəd kimdir?Ey Cəbrail,Allahdan soruş onlar kimdir?
Cəbrail dedi:Sənin ən yaxın adamın Fatimə (s.ə)-dır.
Peyğəmbər (s) Fədəyi Allahın əmri ilə Fatiməyə bağışladı.Faitmədə onu qəbul edib təhvil aldı.Sonra Peyğəmbər (s) buyurdu:Ey Əli və Ümmü Əymən,sizdə buna şahid olun! Ümmü Əymən,sonra Əmirəl-möminin (ə),İmam Həsən (ə),İmam Huseyn (ə) və Əsma da Fədəyin Fatimənin xüsusi mülkü olması barəsində şəhadət verdilər.
Fatimə Zəhra xütbəsi kitabı.

R.t..Zemichka

Niyə yalnız Fatimədən (s.ə) sübut və dəlil istəyirlər?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.