Həyatda itirdiklərimiz və qazandıqlarımız

10 Temmuz 2015
2 643
0
Həyatda itirdiklərimiz və qazandıqlarımız
Həyatda itirdiklərimiz və qazandıqlarımız
Bizlər nə zaman bu qədər bəsitləşdik heç cürə anlaya bilmirəm.Həyatımızı,zamanımızı keçici həvəslərə qurban verməyimizə dəfələrlə bəraət qazandırmağa çalışsam da alınmır. Qorxuram göydəkilər bizim halımıza güləcəklər.Ey insanoğlu, sən nələr-nələr yaratdın, amma bir eqona sahib çıxa bilmədin. Oz mənfəətlərin üçün yeri gələndə bütün mənəvi dəyərləri əzdin- keçdin, ən yaxin dostlarini kürəyindən bıçaqladın,gün gəldi səni sən edən ailəni belə tapdaladın. Bütün bunlar yetmədi -ruhunu da dəmir barmaqlıqlar arxasına kilidlədin.Arzuların belə sadələsdi,həyat deyilən bu mübarizə meydanında cılızlaşdın,bilməm kimə xırdalandın.Tənhalığı dörd divar arxasında təkbaşına qalmaq sandın halbuki tənhalığın uğultusu boz kütlənin arasında ruhunu da, cismini də əsir almışdı sənsə görmədin, duymadın.ideal ailəm,dostlarım var tənha deyiləm sanıb aldandın.Xoşbəxtlik oyununu elə gözəl oynayırdın ki, səni bu xülyadan oyandırmağa qıymadim.Sevgi heç bir məntiqə sığmır sən sevgini belə məntiqlə yaşadın.Sınmış eşqin bərpası olmaz, amma bunu anlayacaq qədər böyüməyə macal tapmadın.Hər şeyin öz qiyməti var prinsipinə əsaslandın ruhun utanıb qaçdı vücudundan sən cismini belə satdın.Kiminsə bir yalnışını gördünmü o saat yalançı,ikiüzlü, ədəbsiz,vicdansiz, əxlaqsız etiketini yapışdırdın.Bircə dəfə olsun dönüb de aynada öz qaranlıq simana baxmadın.Bir deyil minlərlə günəş doğsa yetməzdi bəlkə də alatoran qəlbini aydınlatmağa.



Həyat axib gedərkən ovuclarindan,sən cansiz monitor arxasında "dost"larına süni gülüş bağışladın.Iki nöqtə, bir mötərizə yetərmi qarşındakı insanin qəlbini isitməyə??? Söyləsənə neçə smayl səmimi,isti bir gülüş qədər xoşbəxt edə bilər səni???
Bu yazının sonunda sadəcə həyatına bir nəzər sal
Gör hardasan və harda olmaq istəyirsən
Dəqiqləşdir sən kimsən və kim olmaq istəyirsən
Nələri itirmisən,nələrdən vazkeçmisən
Nə olacaqdın,nə olmusan
Sabaha dair sənə heç kim zəmanət verməyib
Bir də görəcəksən ki, yaşlanmısan amma yaşamağı unutmusan……
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.