Azərbaycanın mobil operatorları böyük problemlə üz-üzə

10 Ağustos 2015
1 026
0
Azərbaycanın mobil operatorları böyük problemlə üz-üzə
Azərbaycanın mobil operatorları böyük problemlə üz-üzə


Azərbaycanın mobil operatorları Sim-kart sahiblərinin müəyyənləşdirilməsi problemi ilə üzləşib. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, ümumilikdə operatorlar ölkədə istifadə olunan Sim-kartların təqribən üçdə birinin şəxsi məlumatlarını unifikasiya etməli olacaq.

Bu prosesdə hökumətin Sim-kartların satışı proseduruna dəyişiklərlə bağlı qərarı əsas rol oynayacaq. Bu qərar ilk növbədə başqasının mobil telefonunun nömrəsindən istifadə etməyin qarşısını alacaq.

Mənbə bildirib ki, sənəddə mobil operatorların abunəçi bazasının Daxili İşlər Nazirliyinin bazası əsasında formalaşdırılmalı olduğu qeyd olunub: "Yalnız bu prosesdən sonra Sim-kart aktivləşə bilər. Yeniliyin artıq sentyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Lakin operatorların üzləşdiyi müəyyən texniki çətinlikləri nəzərə alsaq, bu müddətin daha bir ay uzadılacağı nəzərdə tutulur".

Mənbə qeyd edib ki, Sim-kart sahiblərinin müəyyənləşdirilməsi problemi ilk növbədə dövlət strukturlarının bildiriş xidmətinin işə buraxılmasını ləngidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.