İsayevin səhifəsi-dən bir yazi!

26 Eylül 2015
3 736
0
İsayevin səhifəsi-dən bir yazi!
İsayevin səhifəsi-dən bir yazi!



Uzun da olsa dünən təsirləndiyim bir şey yazacam. Məni tanıyan tanıyır, xahiş edirəm tanımayanlar da əsassız mülahizə irəli sürməsin.
Dünən Neftçilər metrosu yanında dayanmışam, metronun çıxışında səkiyə söykənib siqaret çəkirəm. Gördüm yanımda 10-12 yaşlarında bir oğlan salfet satır. Diqqətimi çəkdi. o yaşda təhsil almasını düşündüm, öz-özlüyümdə onu çölə buraxan ana-atanı qınadım.
Uşaq salfetin 6-nı 1 manata satırdı. Son salfetləri satdı,pullarını saymağa başladı bir küncdə. Yanaşdım ona, siqaret çəkə-çəkə başladım bununla söhbətə.
-Salam. Adın nədi sənin?
+Rəsuldur əmi.
-Neçə yaşın var?
+12 yaşım olacaq.
-Salfetləri kimdən alırsan?
+"Vasmoy bazarından" alıram əmi. Bura gəlib satıram. Hərdən qovurlar burdan, gedib Qara Qarayevdə satıram.
-Ana, ata bəs niyə imkan verir? Niyə məktəbə getmirsən?
+Əmi, atam rəhmətə gedib, anam da Binədə "parnikdə" işləyir.
-Bəs bacı, qardaş?
+Bacım 4 yaşındadı. Qardaşım da bu il 1-ci sinifə getdi.
-Sən də get. Oxumaq lazımdır, bilmirsən?
+Əmi salfetkanı elə ona görə satıram daa. Satıb məktəbli forması, ayaqqabı, "sumka", dəftər-"ruçka" alım, məktəbə gedim.
-Forma olmamış gedə bilmirsən? İndiyə qədər getmisən məktəbə?
+Məktəbə getdim buraxmadılar məni dərsə. Formasız olmaz. Pulumuz da azdı, qardaşım gedir birinci sinifə. Heç olmasa o oxusun. Əmi mən, 1-ə də, 2-yə də, 3-ə də, 4-ə də getmişəm. Pul yığım 5-ə də gedəcəm. Özü də yaxşı oxuyuramee əmi, keçən il 72 beşim, 8 dördüm olub.
-Hansı məktəbdə oxuyursan? Dərsdən qalırsan sən. Məktəbdən axtarmırlar səni?
+ Binədə ... saylı məktəbdə oxuyuram. (Məktəbin nömrəsini yadıma sala bilmirəm) Heç kim zəng eləməyib, gəlməyib. Amma əmi qonşuda oğlan var, məndən böyükdür, 7-də oxuyur. Onun 5-ci sinif kitablarını götürmüşəm, axçamlar oxuyuram ki, "dala" qalmayım dərsdən.
-Bəs qohumlar sənə kömək niyə eləmir?
+(Başını aşağı salır, susur.)
Özümü çox pis hiss elədim. Uşaqlığım yadıma düşdü. Elə bildirdim ki, uşağın bu əziyyətində günahkar mənəm. Uşağın mətinliyi məni dondurmuşdu.
-Forman olsa gedərsən məktəbə?
+Bəli əmi. Oxumaq istəyirəm. Anama kömək eləmək istəyirəm gələcəkdə böyük adam olub. Sabahdan gedərəm dərsə.
-Gedək mənlə.
+Hara (Uşaq bir az çəkinən kimi oldu)
-Narhat olma, gəl görəcəksən.

Mindik 57-yə, Bakıxanovda "Tolkuçka" və "Qaçqın bazarı" deyilən yer arasındakı mağazalarda düşdük. Uşağa 1 cüt ayaqqabı, 2 cüt corab, məktəbli forması, çanta, bacardığım qədər dəfər, qələm, ləvazimat aldım. Forma satan kişiyə vəziyyəti izah elədim, sağ olsun o da güzəşt etdi qiymətdə. Uşaq sevindiyindən məni elə qucaqladıki, kövrəldim, elə bildim dünyanı bəladan xilas edən bir qəhrəmanam. O hisslər başqa şey idi.
Bəlkə də o haçansa özü dediyi kimi "böyük adam" olacaq. Görməyəcik bir-birimizi. Amma kiminsə təhsilinə vəsilə oluruqsa, nə bəxtəvər bizə..
Sözümün canı var. Sizcə o uşağa formanı mən, ya qeyrisi almalı idi? Niyə hökümət belə ailələri qeydiyyata tam almır? Niyə məktəb şagirdi ilə maraqlanmır? Niyə 10-15 müəllim yığışıb adama 5 manatdan pul verib, kiminsə təhsilinə kömək etmir? Bu qədərmi laqeyd olduq? Forma olmayan uşağı məktəbə buraxmamaq yox, formçanın olmama səbəbini araşdırmaq lazımdır. Təhsilsiz nəsil məhvə sürgündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.