Yuxu

26 Eylül 2015
1 745
2
Made with #!
Made with #!


http://img0.liveinternet.ru/images/attach/c/1//56/477/56477160_48615356_ba35.gif


Adamın biri bir gecə bir yuxu görmüş. Uzun bir sahil boyunca yanında Tanrı ilə yeriyirmiş. Onlar gedərkən tam qarşılarındakı göydən bir film lenti kimi həyatından səhnələr keçirmiş. Sahil adamın həyat yolu imiş sanki. Alim qumda iki cüt ayaq izi qalanda diqqət etmiş. Bir cütü özünün bir cütü Tanrının. Həyatının son səhnəsidə göydən keçdikdən sonra adam qumdakı ayaq izlərinə boydan boya bir daha baxmış və birdən bir şey diqqətini çəkmiş.

Həyat yolunun bir çox hissəsində qumda yalnız bir cüt ayaq izi görürmüş və adam dəhşət içində fərq etmiş ki, ayaq izləri, tək, həyatının ən pis, ən ağır dəqiqələrində enir. Bu kəşfi onu çox narahat etmiş və Tanrıya soruşmağa qərar vermiş. "Allahım. Əgər sənə inansam sənin yolundan getsəm hər zaman yanımda olacağını, hər zaman yanı başımda gedəcəyini bildirmişdiniz. Halbuki həyat yoluma baxıram. Ən çətin, ən pis, ən ağır anlarda yalnız bir cüt ayaq izi görürəm qumda.

Başa düşmürəm Allahım, başa düşmürəm. Həyatın asan günlərində yanımda yeriyirsən, sənə ən möhtac olduğum anlarda məni niyə tərk edirsən? Tanrı gülümsəyərək cavab verib. Əziz, çox sevimli övladım. Mən səni çox sevdim və heç tərk etmədim. Həyat yolundakı o ağır sınaq günlərində yəni ən ağır, ən pis anlarında qumda bir cüt ayaq izi gördün. Diqqət et! Ayaq izləri təkə enəndə dərinləşir. Çünki o zamanlar mən, səni qucağımda gəzdirirdim.


http://img0.liveinternet.ru/images/attach/c/1//56/477/56477160_48615356_ba35.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ilawka
    yarisini oxudum sona qeder oxuya bilmedim sebrim catmadii eziyyetiniz ucun tewekkurler
  2. SEHRI
    • SEHRI
    • 2 Ekim 2015 18:57
    Bağışlayın səbrim çatmadı oxumağa.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.