Yeni həyatın simvolu

27 Eylül 2015
2 217
2
Yeni həyatın simvolu
Yeni həyatın simvolu


Ceremi şikəst bir uşaq kimi anadan olmuşdu. Spastik olmasına görə, bəzi fiziki problemləri vardı. On iki yaşında, hələ də ibtidai ikinci sinfə gedirdi Ceremi; Yəqin ki, öyrənmə qabiliyyəti yox idi. Müəllimi Doris Millər ona görə olduqca çətinlik çəkirdi. Oturduğu zaman sallanır, ağzından tüpürcəklər axıdır və qəribə səslər çıxarırdı. Bəzən də ortada heç bir problem yoxmuş kimi, çox açıq və dəqiq bir şəkildə danışırdı. Yenə də müəllimini çox narahat edirdi.

Günün birində müəllim Doris, Cereminin ailəsini zəng etdi və onları məktəbə dəvət etdi. Forrester ailəsi, görüş üçün boş sinifə girəndə, Xanım Miller:

"Ceremi nin yeri bura deyil; Əlil uşaqlara təhsil verən xüsusi bir məktəbə göndərməyiniz lazımdır. Burada özündən yaşca kiçik və öyrənmə problemi olmayan uşaqlarla oxuması özü üçün yaxşı deyil. Digər uşaqlarla arasında tam beş yaş var," dedi.

Bu sözlər üzərinə Ceremi nin anası ağlamağa başladığından, ailə adından bəyanat vermə öhdəliyi atasına düşmüşdü:

Xanım Miller, bu yaxınlarda əlillər üçün xüsusi məktəb yoxdur. Ceremi məktəbdən almaq isə, onun üçün çox pis bir hadisə olar. 0, buranı həqiqətən çox sevir".

Cereminin anası və atası sinifdən ayrıldıqdan sonra, müəllim Doris çöldə yağan qarı seyr edərək uzun müddət oradaca oturdu. Qarın soyuğu sanki ruhuna da işləmişdi. Forrester ailəsinə pis olmuşdu. Nə də olsa, tək uşaqları amansız xəstəliyə tutulmuşdu. Ancaq, Ceremiyi sinifdə saxlamaq da düzgün deyildi. Təhsil alması lazım olan on səkkiz uşaq daha vardı və Ceremi onlara mane olurdu. Bundan başqa, danışmağı və yazmağı heç vaxt bilməyəcəkdi. Niyə boşuna daha çox vaxt sərf etsin ki? İçində olduğu vəziyyəti qiymətləndirərkən bir anda içini bir günah hissi bürüdü. "O zavallı ailənin problemləri yanında mənimkilər heç sayılır; Amma mən hələ də şikayət edirəm, - deyə düşündü və özünə daha çox səbr verməsi üçün Allaha dua etdi.

O gündən sonra da, Cereminin solğun baxışlarını və çıxardığı səsləri görməzlikdən gəlmək üçün xeyli səy sərf etdi.

Deyərkən bir gün Ceremi hıqqanaraq və şikəst ayağını sürüyərək müəlliminin masasına qədər gəlib:

"Sizi sevirəm Xanım Mil" - deyə bütün sinfin eşidəcəyi şəkildə qışqırdığını gördü.

Bu sözə digər tələbələr güldülər. Müəllim Doris üzü qıpqırmızı olmuşdu:

"Bu, çox xoş Ceremi"! Dedi. "Amma indi gedişinyerinə otur istiyirsən, yaxşımı?

Günlər eləcə gəlib keçdi və bahar gəldi. Həzrət İsanın göyə yüksəlişinin qeyd olunduğu bahar bayramına bir həftə qalmışdı ki Doris onlara Hz.isa haqqında bir hekayə danışdı və hər bir tələbəyə bir plastik yumurta dağıdaraq, yeni həyatı vurğulamaq üçün tapşırığını verib:
"İndi bunu evə apararsınız və sabah içinə yeni həyatı simvollaşdıran bir şey qoyub geri gətirməyinizi istəyirəm, başa düşdünüz"?

Uşaqlar:

"Bəli, Xanım Mil" - deyə bağırdılar.

Ceremi istisna.

Ceremi qulaq kəsilmiş, gözlərini bir an belə ondan ayırmadan müəllimini dinləyirdi. Xanım Millerin, Həzrət İsa və yeni həyat haqqında dediklərini başa düşməmişdi? Ya verdiyi tapşırığı? Yəqin ki, Cereminin ailəsini axtarıb, tapşırığı onlara izah etsə, daha yaxşı olardı.

O axşam, Dorisin mətbəx əlüzyuyanı doldu. Ev sahibini çağırıb və bir saat ərzində onun bağlanmış əlüzyuyanı açmasını gözlədi. Marketdən edəcəyi alış veriş buna görə gecikmişdi. Qayıdanda isə ütülənəcək bir paltar və ertəsi günə hazırlanacaq test gözləyirdi onu. Bu təlaş içində, Ceremi nin ailəsinə zəng etməyi unutdu.

Ertəsi gün, Xanım Millerin kursundakı on doqquz tələbə də məktəbə gəlmişdi. Aralarında danışıb gülərək, gətirdiyi yumurtaları müəllimin masasına buraxdılar. Riyaziyyat dərsi bitdikdən sonra, yumurtaları açmaq zamanı gəlmişdi. Birinci yumurtadan bir çiçək çıxdı, müəllim Doris:

"Ah, bəli; Bir çiçək həqiqətən də yeni həyatın rəmzidir" dedi. "Bitkilər torpaqdan çıxandan sonra yeni bir həyat görürük".

Bu sözlər üzərinə, birinci yerdəki kiçik qız ayağa qalxdı:

"O mənim yumurtamdır, müəllimim".

Bir sonrakı yumurtada həqiqət kimi görünən plastik bir kəpənək var idi. Xanım Miller, tələbələrinə onu göstərərək:

"Hamımız bilirik ki, bir tırtıl dəyişir və gözəl bir kəpənək olur. Doğrusu, bu da yeni həyat üçün gözəl bir nümunədir" dedi.

Kiçik Cudi qürurla gülümsədi və:

"O mənim yumurtamdır müəllim" dedi.

Bir sonrakı yumurtada müəllim Doris üstü mamırlı bir qaya parçası tapdı. Uşaqlara mamırın da yeni həyatın bir simvolu olduğunu açıqlayıb.

Sinfin yeganə eynəyi Bill Zorla Sürüyüb arxa sıralardan çığırdı:

"Bu mənimdir müəllimim. Atam mənə kömək etdi".

Sonra Doris dördüncü yumurtanı açdı. Bir an tərəddüd etdi. Yumurta boş idi. Bu qətiyyən Cereminin yumurtası olmalı idi; Demək ki, çalışmasını başa düşməmişdi. Kaşki ailəsinə zəng etməyi unutmasaydı! Ceremiyi utandırmaq istəmədiyi üçün, səssiz-səmirsiz yumurtanı kənara qoyub, başqa bir yumurtanı əlinə aldı.

Ceremi bunu fərq etmişdi:

"Xanım Miller, mənim yumurtam haqqında danışmayacaqsınız?-dedi.

Müəllim Doris, çaşmış bir şəkildə:

"Amma Ceremi," dedi, "sənin yumurtanın içi boş".

Ceremi, bir gün əvvəl Xristian anlayışınca anlatdığı Həzrəti İsanın göyə yüksəlişi hadisəsini xatırladaraq, müəlliminə yavaşca:

"Bəli," dedi, "amma İsanın məzarı da boş" idi.

"Bəs, qəbir niyə boş, bilirsiniz"? Deyə Ceremidən soruşdu . Cavab qısa oldu:

"Dediniz ki, İsa öldürüldü və qəbrə qoyuldu, Allah da onu oradan aldı".
Az sonra tənəffüs zəngi çaldı. Uşaqlar sürətlə həyətə qaçarkən, müəllim Doris ağlayırdı. Bu şikəst uşağa qarşı içində hiss etdiyi soyuqluq tamamilə əridi.

Ceremi üç ay sonra öldü. Dəfninə gələnlər isə, tabutun üstündə duran on doqquz plastik yumurtaya ilk anda bir məna vermədilər.

On doqquz yumurtanın da içi boş idi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 2 Ekim 2015 18:41
    Maraqlı idi oxudum hamısını.əllərinə sağlıq.
  2. ♔Fidanka♔
    Çox uzun idi oxuya bilmədim)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.