Satıram

04 Mayıs 2015
3 194
0
Satıram
Satıram
SatıramSatıramSatıram


Bu həyatda hərə bir şey satır məndə satıram ..Bizə sədaqətini bildirməyi bacarmayan itlərə dil satıram ..Yazıqlar havlaya havlaya qaldılar kimsə anlamadı getdi .. Ayaqqabılarımı satıram getdikləri yol bir köpük..Saatımı satıram ..son dəfə nə zaman baxdığımı xatırlamıram .bu qədər yük azmış kimi oda qoluma bir yük ...hava aydınlıqdırsa demək günortadır , qaralıbsa axşam .. bu qədər bəsitdir əslində hər şey ey insan.. daha keçən il aldığım kostyumumu satıram .. o qədər düşmüşəm gəlmir əynimə..Kimsəsizlər evindəki körpələrə kimliyimi satıram..hələ böyüyün sonra anlarsız atalı analı kimsəsizlər nə qədər ..o bir dərd deyil Tanrı bu dərtdən saxlasın sizi ..Kin saxlayan insanlara sevgimdən bir parça satıram ..Özünü sevgisinin qabağında əyən mənə qürur satıram ..Ruhdan saldı insanlar ruhumu satıram.. Özüm öz əlimlə yazdığım əsərlərimi satıram..mən bir şey qazanmadım siz tiraj qırıb adımı çəkməzsiz..mənsə demərəm mənimdir deyə..amma alan olsa susqunluğumu sataram ..Mənə satqın deyənləri satıram . Günahlarımı satıram hər şeyi bir qiymətə ..amma onları havayı..nə olar gəlin alın onları məndən.
Satıram
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.