Çəhrayi zoLaqLi varLiq 15.hissə

04 Mayıs 2015
973
0
Çəhrayi zoLaqLi varLiq 15.hissə
Çəhrayi zoLaqLi varLiq 15.hissə


Heç nə demədi. Çünki mən, bəlkə də həyatımda ilk dəfə anama yalan danışmağa məcbur olmuşdum. Odur ki, ağlıma gələn ilk qrup yoldaşımın adını çəkərək, onun məni doğum gününə dəvət etdiyini deyəndə, anam heç bir söz söyləməyib, bu xəbəri sakitliklə qarşıladı və mən vaxt itirmədən evdən ayrılıb, ilk avtobusla Bakıya yola düşdüm. Bütün yolboyu növbəti uğurun izində olduğumu xəyal edərək, bu günlər ərzində baş verən hadisələri analiz edib, müəyyən bir nəticəyə gəlməyə can atırdım, amma etiraf etməyə məcbur idim ki, bu, hüquq fakültəsinin üçüncü kurs tələbəsi üçün, ilk müstəqil iş kimi o qədər də asan deyildi. Elə ona görə də, hər an səhv edə biləcəyimi dərk edir və ruhdan düşməmək üçün, Tanrıya dua edərək, məni doğru yoldan çıxarmamasını diləyirdim və nədənsə sevincdolu həvəs hissini daxilən duyaraq, axır-əvvəl düyünü aça biləcək həmin vasitənin əlimə keçəcəyinə qəlbən inanırdım.

Minarə xanımın mənə ünvanladığı sualını isə, hafizəmdən silib ata bilmirdim. Qadın haqlı olaraq, "…üç gündən sonra növbə mənimdirmi?” – deyə, məni çıxılmaz vəziyyətə salmağı bacarmışdı.
Çəhrayi zoLaqLi varLiq 15.hissəÇəhrayi zoLaqLi varLiq 15.hissəÇəhrayi zoLaqLi varLiq 15.hissə
Artıq iki gün qalırdı… Bu günü hesaba almayıb, daha dəqiq olsaq, bir gün… Çünki, Nigarla Nəriman hər ikisi iyul ayının 22-dən 23-nə keçən gecə vəfat etmişdi. Görəsən, burada nə bağlılıq var idi?! Yoxsa doğrudanmı söhbət hansısa bir ruhdan və ya əcinnədən gedir?! Yox, bu belə deyil. Axı, Mahirənin sağ olduğunu təsdiqləyə biləcək bir sıra dəlillərə rast gəldim. Demək, belə çıxır ki, ilk şübhəli şəxs Mahirə özüdür. Bəli, bəli Mahirə… Hər şey də uyğun gəlir. Tutaq ki, Mahirə itgin düşməzdən əvvəl, Bakıya, anasını görməyə gedir. Nərimanın elanda qeyd etdiklərini nəzərə alsaq, anlamaq olur ki, Mahirə ərinin xəbərdar olduğu şəraitdə evdən ayrılıb. Əks halda, Nəriman qadının əynində olan paltarını və onun saat neçədə evdən ayrıldığını xatırlamazdı. Minarə mənə söyləmişdi ki, Nəriman onun heç yerə tək getməsinə icazə verməzmiş. Hər halda Mahirə inadkarlıq göstərib və bu vaxt da, Nəriman onunla kobud rəftar edib. Lalə bildirmişdi ki, anam evdən getməmişdən əvvəl, atamla dalaşmışdı. Demək, hər şey bu cür baş verib. Mahirə Bakıya yola düşür, lakin müəyyən səbəblərdən kəndə qayıda bilmir. Axı, onun səhhətində bəzi problemləri vardı… Odur ki, hər yeri axtaran Nəriman, bir müddət sonra Minarə ilə ailə qurur. Məhz bu ərəfədə kəndə qayıdan Mahirə də, həyat yoldaşının ailə qurduğunu görüb, onda qisas almağı planlaşdırır. İlk öncə, itgin düşən vaxt əynində olan paltarın bir hissəsini cırıb, meşəyə atır ki, daha hamı onun itgin düşdüyünü yox, öldüyünü düşünsün. Doğrudan da belə olur və Mahirə bizim izinə düşərək aşkar etdiyimiz sıxınacaqda gizlənir. Lakin suların durulduğunu zənn edərkən, qəfildən onun planını meşəbəyi Salman kişi pozur. Meşəbəyinin oğlunun mənə dedikləri dəqiq yadımdadır. O, demişdi ki, atam o əski parçasını tapandan üç-dörd gün sonra meşədə üzərinə ağac düşdü. Süleymanın dediyinə inansaq, bu vaxt ərzində, Salman kişi Mahirənin cəsədini də axtarmağa cəhd edibmiş. Bu isə, qadının xeyirinə deyildi, çünki meşəbəyi hər an onun gizləndiyi sığınacağı aşkar edə bilərdi. Bundan ehtiyatlanan Mahirə də, Salman kişini aradan götürmək istəyir. Bunu bacarmadığını görəndə də, gecə ikən meşəbəyinin evinə oğru obrazında girərək, yarım qalmış işini tamamlamağa cəhd edir, ancaq bu dəfə də alınmır. Şübhəli şəxsin Mahirə olduğunu təsdiqləyən daha bir sübut da məhz, sığınacaqda tapdığımız, üzərində çiyələk şəkli olan fincandır. Minarə xanım o fincanı görəndə, daha da qətiyyətlə Mahirənin sağ olduğunu təsdiqləmişdi. Bəs, görəsən Mahirə itgin düşəndən sonra, evdən özü ilə o fincanı götürməyi necə bacarmışdı?! Xeyr axı, Minarə demişdi ki, mən evə gələndə artıq fincanlardan biri yox idi. Belə çıxır ki, Mahirə düşünülmüş şəkildə bu addımı atmış və bəzi əşyalarla birlikdə evdən məqsədli şəkildə ayrılmışdı. Tutaq ki, belə olmuşdu, ancaq nə səbəbə?! Qadın niyə ailəsindən üz döndərmişdi?! Niyə bu cür cinayətlərə qol qoymuşdu?! Bunun səbəbinin nə olduğunu zənn etmək belə çox çətindir, həm də lunatizm və epileptika xəstəsi olan Mahirənin və ümumiyyətlə hər hansısa bir qadının bu həddə olan qəddarlığını və bu cür fövqəladə şəkildə ola biləcək gücünü xəyal etmək belə inandırıcı deyil. Bəlkə də, qadını Nəriman evdən qovmuşdu?! Bu, daha inandırıcı fərziyyədir. Nərimanın başqa biri ilə ailə qurması da, qadının bu cür qisasına yol aça biləcək ən mühim faktdır. Belə olan halda, Mahirə ancaq sifarişçi qiyafəsindədir. Əsas obraz isə, məhz naməlum icraçınındır.
Çəhrayi zoLaqLi varLiq 15.hissəÇəhrayi zoLaqLi varLiq 15.hissəÇəhrayi zoLaqLi varLiq 15.hissə
İcraçı söyləyərkən, ağıla gələn ilk ad, növbəti şübhəli şəxs olan, qeyri-adi bacarığın sahibi MirHəmiddir… Minarə xanım demişdi ki, bu qəribə tipin hər qəbulunda olanda, ona yüz min manat pul ödəyirlərmiş. Loru dil ilə desək, "on şirvan”… Bu isə, mövcud zaman üçün heç də kiçik məbləğ deyildi. Beləliklə, MirHəmid köməksiz və avam insanları tələyə salıb, "ölüm qoxusu” adında bir yalan uyduraraq, qurbanlarını özünə inandırmağa müvəffəq olur, sonra da onları məhv edir və yalnız pul, şöhrət üçün bu qədər risk etməyi gözə alır… Yox, əgər o icraçıdırsa, deməli eyni zamanda Mahirə ilə də əlbirdir. Ancaq bir şeyi də nəzərə almaq lazımdır. O, Mahirənin fotoşəklini görərkən, özünü itirmədi, çox soyuqqanlı davrandı və eyni zamanda da qadının sağ olduğunu söyləyərək, məndən əmin olmağımı istədi. Əgər o, yoldaşının izini itirməyə cəhd göstərsəydi, Mahirənin artıq öldüyünü söyləməli idi. O isə, əksinə məni əmin etdi ki, o, sağdır. Yenə də bütün bu faktlara baxmayaraq, MirHəmid əsas şübhəlilər siyahısındadır.
Çəhrayi zoLaqLi varLiq 15.hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.