Hər işdə bir xeyir var..

09 Ekim 2015
4 152
5
Hər işdə bir xeyir var..
Hər işdə bir xeyir var..
Hər işdə bir xeyir var..
Bir gün okeanda yol alan bir gəmi qəzaya düşərək batır. Gəmidən sağ xilas olan adamı, dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür.
Adam ilk günlər özünü qurtarmasını üçün ALLAHa yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən…
Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma etdi. Sahildə tapdığı, gəmidən arta qalan konserv, kompas kimi əşyaları bu daxmaya qoydu.

Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir və üfüqü müşahidə edir, özünü qurtarması üçün ALLAHa dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çixdı və geri döndüyündə daxmasının alovlar içində yandığını gördü. Tüstü, rəqs edə edə göyə yüksəlirdi. Başına gələ biləcək ən pis şey idi bu.
Kədər və hirs içində dondu qaldı. İndi bu kimsəsiz adada, başını soxa biləcəyi bir daxma belə qalmamışdı. "ALLAHım, bunu mənə necə edə bildin?" deyə fəryad etdi. O gecəni kədər və üzüntü içində keçirdi. O qədər dua etdiyi halda, başına bu hadisə gəldiyi üçün ALLAHa sitəm etdi.
Ertəsi səhər erkən saatlarda, adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyandı!
Əldən düşmüş adam özünü qurtaranlardan soruşdu

Hər işdə bir xeyir var..
"Mənim burada olduğumu necə anladınız?"
Cavab onu həm çaşdırdı, həm də utandırdı:
"Tüstülə verdiyiniz işarəni gördük!"
Hər işdə bir xeyir var..
Bəzən başımıza gələn pis hadisələr ALLAHın bizə bir lütfü ola bilər..Odur ki,hər şeyə səbr edib, şükr etmək lazımdır..Hər işdə bir xeyir var..
Bizim üçün ən yaxşısın ALLAH bilir..
Hər işdə bir xeyir var..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Heqiqetende beledir Allaha hemiwe min sukur
  2. Bella
    • Bella
    • 10 Ekim 2015 15:30
    Maraqlı hekayedir. Amma bezen biz çox teesssüfler olsun ki, bezen her bir işde xeyir olduğunu bilirik, lakin nese pis hadise olanda xeyirlisi nedir onu tapa bilmirik . Bezen ne üçün bu hadiselerin yaşandığını özümüze sual veririk. Ona göre, çalışaq sebr edək. Belə olan halda hər bir işin sonluğu daha yaxşı nəticələnər. Təşəkkür)
  3. AleDa
    • AleDa
    • 9 Ekim 2015 20:50
    Cox dogru ve menalı hekayedı. Allah sevdıyı bendelerı ımtahana cekır. Bu dogrudanda beledı. Xeber ucun cox tewekkurler. Davamlı olsun.
  4. crazy_reniw
    Heqiqetende beledir Allaha hemiwe min sukur
  5. Jessica
    Bəli her pis işde xeyir var Allah bizim üçün ne edirse bu bizim yaxşılıqımız üçün bu dünya onsuzda imtahanlara doludu gerek sitem etmeyek amma heyifki bunun bir çoxu anlamır am
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.