Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {8-9}

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {8-9}
Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {8-9}

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {8-9}

Pasiyent 8: Gi de Mopassan

Fransız yazıçısı (1850-1893)

Diaqnoz: Beyinin proqressiv iflici.

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {8-9}

Simptomlar: Hİpoxondriya, intihara meyllilik, əsəb tutmaları, sayıqlama, hallusinasiyalar.

Xəstəlik tarixçəsi: Gi de Mopassan bütün həyatı boyu hipoxondriyadan əziyyət çəkib: o ağılını itirməkdən çox qorxurdu. 1884-cü ildən Mopassanda sıx əsəb tutmaları və hallüsinasiyalar başlandı. Əsəb tutması vəziyyətində o iki dəfə intihara cəhd edib, birincı dəfə revolverlə, ikinci dəfə — kağız üçün bıçaqla, hər iki cəhdi uğursuz olub. 1891-cidə yazıçı doktor Blanşın Passi-dəki klinikasına yerləşdirilir — və ölümünə qədər orda yarıhuşsuz vəziyyətdə yaşayır.

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {8-9}

Dünyaya bəxş edilmiş ideyaları: Ədəbiyyatda fiziologizm və naturalizm. Mənəviyyatsız istehlak cəmiyyətiylə yorulmadan mübarizə aparmaq ehtiyacı. „Əziz dost“u hal-hazırda sağ olan fransız yazıçıları Mişel Uelbek və Frederik Beqbeder səylə özünəməxsus tərzdə yenidən yaratmağa cəhd edirlər, rus yazıçısı Sergey Minayev də geridə qalmamağa çalışır.

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {8-9}

Pasiyent 9: Virciniya Vulf

İngilis yazıçısı (1882-1941)

Diaqnoz: Depressiya, hallüsinasiya, qarabasma.

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {8-9}

Simptomlar: Dərin depressiya hallarında Virciniya şikayət edirdi ki, bütün günü „Qədim Yunanıstanın zeytun ağaclarında cəh-cəhə vuran quşların səslərini eşidir“. Uzun müddət yuxusuzluğa və qarabasmalara görə işləyə bilmirdi. Uşaqlıqdan intihara meylli olub.

Xəstəlik tarixçəsi: Virciniyanın 13 yaşı tamam olduqda, evdə qonaq olan əmisi oğlu onu zorlamağa cəhd edir. Bu hadisə Virciniyanın bütün həyatı boyunca kişilərə və onlarla fiziki münasibətlərə antipatiyasının başlanğıcını qoyur. Bu hadisədən bir az sonra onun anası sətəlcəmdən qəflətən dünyasını dəyişir.

Əsəbi və həssas qızcığaz ümidsizlikdən özünə qəsd etməyə çalışır. Onu xilas edirlər, amma dərin və sürəkli depressiyalar o vaxtdan onun həyatının ayrılmaz hissəsinə cevrilir. Güclü psixi nasazlıq tutması gənc Virciniyanı 1904-cü ildə, atasının ölümündən sonra da yaxaladı.

Virciniya Vulfun emosional açıq-saçıq məktubları və əsərləri yazıçının qeyri-ənənəvi seksual oriyentasiyası haqqında nəticəyə gəlməyə əsas verir. Ancaq bu belə deyil. Uşaqlıqda yaşanmış faciənin nəticəsi olaraq, o kişilərə və onların məclislərinə qarşı hiss etdiyi qorxudan həmişə qadınlara aşiq olurdu, amma bu halda da hər hansı formada yaxınlıqdan diksinirdi, hətta qucaqlaşma və əl sıxmağa belə icazə vermirdi. 29 il seviyyesiz nomre 2 saytard Vulfda ərdə olsa da (həm də bu nigah qarşılıqlı sədaqət və ər-arvad arasındakı emosional bağlılıq nöqteyi-nəzərindən nümunəvi hesab edilirdi), yazıçı, bəzi mənbələrə görə, öz əriylə ər-arvad əlaqələrinə girə bilməmişdi.

1941-ci ilin əvvəlində Londonun gecə bombardımanı zamanı yazıçının evini dağılır, kitabxanası yanır, əri yaralanır — bütün bunlar onun əsəb sisteminə qəti şəkildə mənfi təsir edir, həkimlər psixiatrik klinikada müalicəsinə təkid edirdilər.

Ərinin həyatının qalan hissəsini onun dəliliyiylə bağlı qayğılarla keçirməsini istəməyən Vircinya 28 mart 1941-ci Ous çayında intihar edir.

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi {8-9}

Dünyaya bəxş ediyi ideyalar: Keçici dünya təlaşının ifadəsi üsullarında yenilik, qəhrəmanların iç dünyasının təsvirləri, şüurun sınması istiqamətinin üsullarının təsviri — Virciniya Vulfun əsərləri ədəbi modernizmin qızıl fonduna daxil olub və bir çox müasirləri tərəfindən heyranlıqla qəbul edilmişdı. Tolstoyun sadiq şagirdi olan Virciniya ingilis nəsrində „daxili monoloqu“ mükəmməlliyə çatdırdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 23 Ekim 2015 22:14
    Maraqlı xeberdı. Qadının heyatı menı cox uzdu. Tesufkı ındıkı zamanda bu cur heyatlar cox olur..
  2. -Aydan-
    - Maraqlı məlumat idi...
    -Bu haqda məlumatım yox idi oldu.. Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.