Sadəcə pisləşdirildik

21 Kasım 2015
1 231
4
Sadəcə pisləşdirildik
Sadəcə pisləşdirildik

Sadəcə pisləşdirildik

Bir az külək,bir az səma,bir az meh bəs edər mənə.İndi soruşsanız yaxşısanmı?Mən nə hə deyəcəm , nə də ki yox.Çünki insanlar özləri bilmədiyi sualın cavabını başqasına da verə bilməz.Mən sakitəm.Bəli bunu yazarkən gülümsəyirəm.Ola bilər qıraqdan dəli-dolu görünürəm.Amma içimdəki sükutu kimsəyə başa sala bilmərəm.İnanın mənə bu gücüm yoxdu.Bir vaxtlar bəlkə də kiməsə nəyisə sübut edə bilərdim,bəlkə də sübut etməklərini gözləyərdim amma indi daha nə sübutu gözləyəcək səbrim,nə də sübut edəcəm bir gücüm var.Yorulmuş bir insanı bir daha niyə yorursuz?Soruşuram sizdən bu qədər mi vicdansız oldunuz?Bu qədərmi vurdumduymaz oldunuz?Nə zaman oldunuz heçolmasa deyin onu da bilək.Axı siz nə zaman vurulmuş bir adamı tapdalamağa başladınız?Təpiklərinizi qüvvənizin ən son nöqtəsi ilə birləşdirib insanları döyən oldunuz.Siz deyilmiydiniz acı çəkərsən qıvrına-qıvrına qalan?Camaatdan imdad diləyən?Siz deyilmiydiniz səhv etdim bir dəfə baığışlayın deyən?Nə tez unudulur keçmiş?Anlamıram.İnsanlar özlərinin etdiyi hərəkətləri bir qələmdə silərək başqaların hərəkətlərinin arxasınca nə gəldi danışırlar.Düzdü siz mükəmməlsiniz hər zaman.Bunu izteha ilə söylədiyimin fərqindəsiniz yəqinki.Of bəzən insanlardan danışmaq istəmirəm.Heyvanlardan danışmaq daha maraqlı olur.Məsələn bit itin sadiqliyindən,bir atın dostluğundan,bir dovşanın sənə necə xoş təsir bağışlamasından,bir meymunun bəzi insanlardan daha yaxşı anlamasından.Düşünürəm bəzən bəzi insanların beyni artıq şüursuz heyvanların beyninə bərabərdi.Dəhşətdi.Dünyanın bu yerə gəlib çata bilməsi çox qəribədi.Görəsən Allah bu dünyanı qurarkən nə düşünürdü?Bilirdimi insanların bu yerə gəlib çıxa biləcəyini?Yəqinki bilirdi.Ədalətsizlik,yalan-dolan,vicdansızlıq,acgözlük,şərçilik.Ümid edirəm ki bu mənfilərin davamı gələcək.İnsanların yaxşılarından çox pisləri var artıq.Buna görə bütün insanları təbrik edirəm.Əgər xüsusi bir gün olsaydı məhz həmin gün bunu qeyd edərdik.Həm də bayram kimi qeyd edərdik.Heyf bunun nə vaxt başladığını bilmədik.İçinə o qədər tez düşdük və öyrəşdik ki,artıq gözümüzün önünə heç nə gəlmədi.Sadəcə pisləşdik.Pisləşdirildik.Buna məcburmu qaldıq?Özümüzmü seçdik?Heç bir fikrim yoxdu.Bir gün bəlkə də qayıdarıq keçmiş yaxşılaşdırıldığımız günlərə.Bəlkə də bir daha heç yaxşılaşmarıq....

Sadəcə pisləşdirildik


Müəllif: Bəyaz Məmmədova Sadəcə pisləşdirildik
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    gifnen xeebere vurduqunuz reng uymur bir birini eyni etseniz daha seliqeli gorsener :)
  2. ♔Tehluke♔
    Meqaleni oxumadim Vaxt oLanda oxuyacam ana seifedki wekiLi beyendim cox sa oLun)

    Meqaleni oxumadim Vaxt oLanda oxuyacam ana seifedki wekiLi beyendim cox sa oLun)
  3. Alev..
    -YazıLar anlamlıdı amma Redaktə Yaxşı deil..
  4. -Aydan-
    -Məqalədə bu cümlə-Təpiklərinizi qüvvənizin ən son nöqtəsi ilə birləşdirib insanları döyən oldunuz.-daha çox nəzərimi cəlb etdi..
    -Maraqlı məqalə idi təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.