Şagirdin Rəsm Əsəri

27 Kasım 2015
1 582
1
Şagirdin Rəsm Əsəri
Şagirdin Rəsm Əsəri


Bir rəssam şagirdinə təhsilini bitirəndən sonra buyurur ki, çəkdiyi son rəsmi şəhər mərkəzinə aparıb, yerləşdirsin və yanına bir qırmızı qələm qoysun. Bir qeyd yazsın ki, insanlar rəsmdə bəyənmədikləri hissəni qırmızı qələmlə işarələsinlər.
Şagird ustanın dediyini edir və bir neçə gün sonra şəhər mərkəzinə gedib rəsmi götürür. Rəsmin hər tərəfində qırmızı işarələr qoyulmuşdu. Şagird məyus halda ustasının yanına gəlir.
Usta bu dəfə buyurur ki, rəsmi yenidən çəksin və yenə şəhər mərkəzinə aparsın. Lakin bu dəfə müxtəlif rəngli boyalar və fırça qoysun. Qeyd etsin ki, insanlar bəyənmədikləri hissələri özləri düzəldə bilərlər.
Şagird ustanın dediyini edir və bir neçə gün sonra rəsmi geri gətirəndə görür ki, əsərə heç kim düzəliş etməyib.
Şagird sevincək halda ustasına rəsmi göstərir, usta deyir:
"Birincidə insanlara fürsət verildiyində onların nə qədər qəddar olduqlarını görə bildin. Ömrü boyu hətta bircə rəsm də çəkməmiş olanlar da gəlib rəsmə işarə qoydu. İkincidə insanlardan müsbətə doğru yaradıcılıq istənildi. Yaradıcı olmaq üçün isə təhsil lazımdır. Heç kim bilmədiyi bir mövzunu düzəltməyə cəhd etmədi". Fb Kitab Səhifəsi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Doğurdanda elədir.. -Hər şeydə bir səhv tutan insanlar boldur halbuki soruçsan heçnə bilmirlər...
    -Doöurdanda maraqlı və həyatı əks etdirən hekayə idi...
    -Təşəkkürlər,
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.