Bir rəssamın Hekayəsi

09 Temmuz 2015
1 655
0
Bir rəssamın Hekayəsi
Bir rəssamın Hekayəsi
Bir rəssamın HekayəsiBir rəssamın şagirdi təhsilini bitirəndən sonra ustası buyurmuş ki, çəkdiyi son rəsmi şəhər mərkəzinə aparıb, yerləşdirsin və yanına bir qırmızı qələm qoysun. Bir qeyd yazsın ki, insanlar rəsmdə bəyənmədikləri hissəni qırmızı qələmlə işarələsinlər.
Şagird ustanın dediyini edir və bir neçə gün sonra şəhər mərkəzinə gedib rəsmi götürür. Rəsmin hər tərəfində qırmızı işarələr qoyulmuş olur. Şagird məyus halda ustasının yanına gəlir.

Usta bu dəfə buyurur ki, rəsmi yenidən düzəltsin və yenə şəhər mərkəzinə aparsın. Lakin bu dəfə müxtəlif rəngli boyalar və fırça qoysun. Qeyd etsin ki, insanlar bəyənmədikləri hissələri özləri düzəldə bilərlər.
Şagird ustanın dediyini edir və bir neçə gün sonra rəsmi geri gətirəndə görür ki, əsərə heç kim düzəliş etməyib.
Şagird sevincək halda ustasına rəsmi göstərmiş, ustası buyurmuşdu:
"Birincidə insanlara fürsət verildiyində onların nə qədər qəddar olduqlarını görə bildin. Ömrü boyu hətta bircə rəsm də çəkməmiş olanlar da gəlib rəsmə işarə qoydu.
İkincidə insanlardan müsbətə doğru yaradıcılıq istənildi. Yaradıcı olmaq üçün təhsil lazımdır. Heç kim bilmədiyi bir mövzunu düzəlməyə cəhd etmədi"
- Əməyinin əvəzini nə etdiyini bilməyən insanlardan ala bilməzsən.
- Dəyəri anlamayanlara heç vaxt əməyini təklif etmə.
- Cahil insanla heç vaxt mübahisə etmə.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.