Həyata 1-0 məğlub başlayan qadın...

Həyata 1-0 məğlub başlayan qadın...
Həyata 1-0 məğlub başlayan qadın...


Qadın oxumamışdırsa, həyata 1-0 məğlub başlayır. Qadın oxumayıbsa, kişi onsuz da matça bir sıfır qalib başlar, başqa bir deyişlə. Qadın oxumayıbsa, günahı əvvəl ailəsinə, sonra dövlətə və sonra insanlığa aiddir. Qadın oxumayıbsa, əhali artmağa davam edər. Qadın oxumayıbsa, kişi hökmü davam edər. Qadın oxumayıbsa, hər kəs onu istismar etməyə başlayar.

Oxumayan qadının kişiyə yetişməsi, onu keçməsi çox çətindir. Əslində, oxumayan qadının kişini keçmək kimi bir qayğısı yoxdur. Oxumayan qadın sorgulamaz, baş qaldıra bilməz, haqqını müdafiə edə bilməz, yalnız kişinin özünə verdikləri ilə kifayətlənər.

Oxumuş qadın, oxumamış qadını müdafiə edər yazısında...

"Bəzən deyirəm ki, boş ver, niyə çırpınırsan ki; sən və sənin kimi qadınları, sənmi qurtaracaqsan?! Necəsə, səni anlayan yoxdur. İnsanların etdiyi kimi süni ol, gül, gəz, həyatını yaşa, qır qələmini, olanları heç olmamış say, sən məhrumsan, sənin adın yox, sən yazmırsan, yaza bilməzsən onsuz da, oxumamış. Sus, qadın, danışma deyirəm. Geri düşüncəli bir qadın ol, otur evində, böyüt uşaqlarını, yoldaşına qul, kölə ol. Necəsə, yoldaşın çalışır. Bir dediyini iki etmir. Səni sevir, daha Allahdan bəlamı axtarırsan?
Necəsə, təkliyini anlayan yoxdur. Boş ver sən də, sən çevik qadın da ola bilməzsən. Sevgi şeirləri də yaza bilməzsən. Haqqın yox, saçı uzun, ağlı qısalardan ol. Niyə yeyirsən özünü? Boş ver, ye, iç, yan gəl yat. Niyə işləmək istəyirsən? Niyə özünü parçalayırsan?" -deyirəm.

Oxumuş qadın belə bu qədər ümidsiz isə oxumamış qadının halını siz düşünün.

Amerikada yaşayan bir Türk qızından soruşurlar: "oxumasaydın nə olacaqdı?"
"Yəni külkedisi olacaqdım. Evdə quşlarla, otlarla və təmizliklə məşğul olub bir şahzadəni gözləyəcəkdim. Hər halda bir çox gənc qızın etdiyi kimi həlli evlilikdə axtaracaqdım. Amma burada öz ayaqlarımın üzərində dayanmağı öyrəndim. Azərbaycanda bir təmizlikçi isən, sanki əbədi olaraq belə qalmaq məcburiyyətindəsən kimi bir anlayış var. Burada elə deyil. Mənim evimdə təmizlik edən qadın, məsələn, universitetdə oxuyur".

Bütün iqtidar əlaqələrinin yenidən istehsalında kilid rol oynayan təhsil və məktəb, cinsiyyətə söykənən bərabərsizliklərin yenidən istehsalında də əhəmiyyətli bir rol oynayar. Ancaq eyni ölçüdə qadınların gücləndirilməsi prosesində də təsirli bir vasitə ola bilər. Bu səbəblə təhsil və məktəb potensialının qadınlar üçün istifadə edilməsi, daha geniş miqyaslı ictimai dönüşümlərlə də əlaqədar olmasına baxmayaraq təhsilin cinsiyyət ayrımcılığından təmizlənilməsini tələb edir.

Təhsil sistemində qadın-kişi bərabərliyini təmin etmək, hər şeydən əvvəl, təməl bir anlayış dəyişikliyini tələb etməkdədir. Qadınlar arasında oxuyub-yaza bilməməyi tamamilə ortadan qaldırmaq, peşə təhsilinə, elm və texnologiyaya çatmalarını təmin etmək və təhsilin azad potensialını hər iki cinsin lehinə istifadə etmək lazımdır.


Təhsil siyasətinin, müəllimlərin, məktəbdəki həyatın, təhsil materiallarının və təhsil mühitləri ilə yanaşı, ana-ataların və daha geniş cəmiyyətin də bu mövzuda həssaslığının yüksəldilməsini ehtiva edən köklü dəyişikliklər gərəkməkdədir. Bunun üçün əvvəlcə təhsil sistemində yaşanan bütün problemlərə qarşı həssaslıq inkişaf etdirmək və ictimaiyyət yaratmaq lazımdır.

Qadın oxumamışsa, ikinci sinif insandır kişinin gözündə. Sanki qadın seçmişdir oxumamağı... Halbuki, onu da oxutmayan atasıdır, yəni yenə bir kişidir. Qadın oxumamışsa, kişi qadının yerinə də düşünür və təbii ki, səhv qərar verir. Halbuki, ailə bir təşkilatdır. Həm də cəmiyyətin quruluş daşıdır. Sağlam qərar alınması üçün qadının da oxumağı, qərarlara qatılmağı, fikir bildirməyi lazımdır.

Qadın oxumasa cəmiyyətin irəliləməsi, inkişafı, özünü aşması, zənginləşməsi mümkün deyil. Qadın oxumasa, inqilab deyil, təkamül belə çətinləşər. Qadınlar oxumalı, həm də çox oxumalı, əsrlərin fərqini mütləq qapatmalıdır.

Qadınları oxudun!

Müəllif: Aysel Abdullazadə
Əvvəlki Xəbər
RƏYLƏR
  1. Lami95
    lazimli xeberdir ellerine sagliq
  2. -Aydan-
    -Bəli qadının oxuması vacibdir..
    -Cəmiyyət o zaman irəliyər ki insanları kamil olsun..
    -Təşəkkürlər faydalı xəbərdir.
  3. royus
    • royus
    • 29 Kasım 2015 12:06
    hamisini oxudum cox maraqli ve lazimli xeberdir tesekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.