Sirrli Antraktida

31 Ocak 2016
2 926
4
Sirrli Antraktida

Sirrli Antraktida

99 %-i buzlaq altında qalmış bir qitənin nə sirri ola bilər? Axı burada min kilometrlərlə qalınlığı olan buzlaqda hətta yayda da tempratur mənfi 30 mənfi 50 arası dəyişir. Bitkilər və canlı aləm yox dərəcəsindədir. Heyvanlar aləmi isə sahildə şellənən pinqvinlər və morjlardan uzağa getmir. Amma…
Buzlaqlara yolu kəsmək dövlət təhlükəsizliyi məsələsidir!
Cənub qütbündən 40 kilometr aralı Şərq adlandırılmış bir göl var. Sahəsi dünyanın iri gölləri, Onej, Çad, və Nikaraqua göllərindən geri qalmır. Gölün üstündəki buzlağın qalınlığı 3-4 kilometr arasıdır. Ümumi dərinliyi isə 1200 metrdir. Rusiyanın «Şərq» stansiyasının altında isə cəmi 680 metrdir. Dünyanın öndə gedən alimləri hesab edir ki, bu gölün tədqiqi 21-ci əsrin ən maraqlı və ən mürəkkəb elmi problemlərindən biridir.
Amerikanın orbital stansiyalarından alınmış məlumatlara görə burada yüksək maqnit aktivliyi qeydə alınıb. Bu xəbər açıqlanan kimi mülki mütəxəssislər tədqiqatdan uzaqlaşdırıldı və məsələ hökümət səviyyəsində həll olunmağa məsləhət görüldü. 2000-ci ilə qədər Amerika tərəfdən tədqiqatı alimlərin beynəlxalq toplusu aparırdı. Amma sonra bu problem ABŞ-ın milli təhlükəsizlik orqanlarınnı səlahiyyətinə verildi. NASA-nın əhali ilə əlaqə şöbəsinin nümayəndəsi Debora Şingeller bildirdi ki, ölkənin təhlükəsizliyi baxımından çıxış edərək belə qərar verilib. Bu sözdən sonra onun birbaşa müdiri dərhal mikrafonu alaraq «Tədqiqatlar ətraf mühitin ekoloji təhlükəsizliyi baxımından saxlanıb» cümləsini əlavə etdi. O vaxtdan bəri jurnalistlərdən kimsə Deboro Şingellerlə əlaqə saxlayıb hansı təhlükəni nəzərdə tutduğu ilə maraqlana bilməyib. Amerikanı Antarktidanın buzlaqları altında nə cəlb edə bilərdi ki? Eləcə də nədən Rusiya durmadan Şərq gölü ətrafına bu qədər bahalı avadanlıqla təhciz edilmiş və möhkəm sirr kimi saxlanılan ekspedisiyalar göndərir?
Peykdən alınan məlumatlara görə məlumdur ki, gölün suyunun tempraturu +10 +18 arasındadır.
Bu o deməkdir ki, gölün dibində geotermal istilik mənbəyi var ki, suyu qızdırır. Alınan məlumatları cəmlədikdə alimlər qərara gəliblər ki, gölün üstündəki buzlaq papağı və su arasında öz-özünü təmizləyə bilən atmosfer var və burda bitkilərin yaşaması da ehtimal olunur. Xarici mətbuatda dərc edilən mənbələrə əsasən 2000-ci ilin fevralında 2 alim qrupu ABŞ və Böyük Britaniyanın maliyyələşdirdiyi proqram əsasında suya xüsusi zondlar salıb tədqiqat aparmalı idi. Amma qəflətən bu proram qapadılır. Elə həmin zamanlar Rusiya tərəfdən antarktik stansiyaya iri miqyasda avadanlıq və yeni elmi qrup göndərilir. Əlbəttə ki, bütün bu işlər böyük sirr altında gedirdi.
Təxminən həmin zamanlar idi, Avstraliyanın «Keysi» antarktik stansiyası tərəfdən Şərq gölü tərəfə 2 nəfər səyyah qadın yola çıxdı. Onlar kontinenti xizəklə dəf etmək qərarını vermişdilər. Onlar artıq gölə çatıb onun üstündəki buzlaqla hərəkət etdikləri zaman Amerikanın VVS təyyarələri buzlaq üzərinə endi və ordan çıxan «mülki geyimli»lər qadınları xilas etməkçün gəldiklərini dedi. Amma qadınların üstündəki aparatlar saz idi və təhlükə siqnalı da verməmişdilər. Sadəcə onlar peyk telefonları ilə qohumları və dostlarına çox qəribə, heyrətamiz bir şeylər gördüklərini anlatmış və gerisini görüşdükdə danışacaqlarını demişdilər. Mülki geyimlilərlə görüşdən sonra onlar evə qayıtdıqda kimsəyə bir kəlmə də danışmadılar. Heç bir müsahibəyə razılıq vermir, hətta jurnalistlərdən qaçırdılar da.
UNO-ların, yoxsa almanların bazası?
Bəzi ufoloqlar Antarktidanın buzlaqları altında UNO bazası, yaxud alman faşistlərinin bazasının olduğunu ehtimal edir. Bəziləri isə bunun hər ikisinin olması qənaətindədir. Alman bazasının olması fikri daha inandırıcı görünür. Çünki 1940-cı ilin yayında işğal edilmiş Polşa ərazisində, Kovarı yaxınlağanda almanlar gizli tədris mərkəzi açmışdılar. Bura seçilmiş alman elitasının zabit və əsgərləri göndərilirdi. Onları Arktika və Antarktida şəraitinlə döyüşə hazırlayırdılar. Norvecin mülkiyytində olan torpaqları qəsb edilmə qərarını almanlar artıq 1940-cı ildə, Norvec təslim olduqdan dərhal sonra vermişdilər. Deyilənə görə almanlar bu ideyanı hələ 1938-ci ildən daşıyır və hətta bu torpaqlara Yeni Şvabiya adını da vermişdilər. Hələ o vaxt Alfred Rixter Kraliçə Mod adlı ərazilərin üzərindən uçaraq ora bir neçə svastika rəsmli vımpel atıb sancmaqla Antarktidanın bölünməsi barədə beynəlxalq müqaviləyə tüpürmək istədiyini nümayiş etdirmişdi. 1941-ci ildə Norvec torpaqlarını ələ keçirib özününküləşdirəndən sonra almanlar orda «Oazis» adlı baza yaratmışdılar. Hazırda oralar Banger Oazisi adlanır. Bu, amerikalı təyyarəçi Bangerin 1946-cı ildə buraları tapmasının şərəfinə adlandırılıb. Almanların Antarktida fəaliyyəti ilə bağlı onlarla kitab oxumaq, çoxlu sənədli film izləmək olar. Bu barədə az sonra. Amma onları bura nə cəlb edirdi axı?
Antarktidanın oazislərinin, yəni buzlaqdan azad torpaq sahələrinin yaranmasının səbəbini hələ də dəqiq deyə bilmirlər. Ufoloqlar polyak Robert Lemnyakeviç və slovak Miloş Yesenski belə fərz edir ki, bu sahələr İkinci dünya müharibəsi zamanı burda almanların apardığı atom silahı sınaqlarından sonra yaranıb. Bu məsələni Riçard Berd adlı amerikalı admiralın antarktik fəaliyyəti bir qədər təsdiqləyir. O adam 1946-1947-ci illərdə aparılmış 4 antarktik ekspedisiyanın rəhbəri olub. Onların Antarktidadakı fəaliyyəti hərbi müdaxiləyə daha çox oxşayırdı. Burada 13 dəniz-hava gəmisi, aviadaşıyıcı, buzqıran, tanker və sualtı gəmi iştirak edirdi. Hərbi nəqliyyata daha 15 ağır yüklü təyyarə, uzaq məsafələrə uçan kəşfiyyat təyyarəsi, vertolyotlar və uçan gəmilər də aid idi. Bu əməliyyatda 25 elmi işçi, 4100 dənizçi, əsgər və zabit iştirak edirdi. Ekspedisiyanı Amerika hökuməti maliyyələşdirirdi. Amerika durmadan təkid edirdi ki, ekspedisiyanın sırf elmi məqsədi var. Əgər belədirsə niyə amerikalıların Antarktida sahillərində Çili və Argentina jurnalistlərinin yazdığı kimi ciddi problemləri əmələ gəldi? Ona görəmi admiral Berdin «alimləri» bütün qitə boyu sürəcək 200 kilometrlik yürüş etməli oldu? Onlar nə axtarırdı? Almanların səsdən sürətli diskolyotlarını, yoxsa atom silahının mühərriklərini? Deyilənə görə bu yeni aparatlar şaquli şəkildə uçub, şaquli də enirdi. Admiral Berdin səfərdən qayıdandan sonra dilinə gətirdikləri də çox maraqlı görünür: «Birləşmiş Ştatlar düşmən tərəfdən müdafiəyə hazır olmalıdı. Düşmənin bəzi uçan obyektləri bizə təhlükədir və planetin qütblərindən bizi hədələyə bilər».
Admiral Berdin özü də maraqlı şəxsiyyətdir. 1928-ci ildə o, ilk dəfə Antarktida üzərindən uçuş edib, 1929-ci ildə təyyarədə Cənub qütbünə qədər çatıb. Antarktika üzərində o, ümumilikdə 180 min kilometrə qədər uçub. Sonuncu uçuşunu o, 1959-cu ildə, 67 yaşındaykən edib. Bu uçuş onun ölümündən 2 il əvvəl olub və sirrli olmasıyla çoxlu fərziyyələr doğurub. Onun ölümündən 2 il sonra Amadeo Ciannininin imzasıyla bir kitab işıq üzü gördü. Burada deyilirdi ki, admiral son uçuşunda Antarktidada yeraltı dünyanın girişini tapıbmış. O burada zəngin bitki aləmi və ilıq suyu olan göllərə rast glib. Bu kitaba inansaq admiral bütün bunların şəklini çəkib və öz gündəliklərində geniş təsvir edib. Gündəliklərin tapılıb nə vaxtsa dərc ediləcəyinə inananlar da az deyil. Amma admiralın kitablarında yer kürəsi təkində bizimlə paralel sürən dünya barədə bir cümlə də tapmazsınız…
Buzlaq «qapağı» açılsa mikroblar və əjdahalar hücuma keçəcək!
Paralel olaraq rus alimləri də tədqiqatlar aparır. Bu yaxınlarda qitənin dərin buz qatları arasından götürülmüş materialda +55 dərəcədə yaşaya bilən bakteriyalar tapılıb. Belə çıxır ki, nə vaxtsa Antarktidada belə tempratur olub. Buzlaq altındakı göllərin hansısa geyzer və yeraltı istilik mənbələriylə qızdırılması o qədər də fantastik səslənmir. «Şərq» antaktik stansiyasının fəaliyyəti nəticəsində buzdaqda dərin buruqlar açılıb. Amma gölün üstünə 130 metr qalmış işlər dayandırılıb. Çünki heç kim burğunun suya dəyəcəyi anda nə baş verəcəyini dəqiq bilmir. Milyon illər əvvəl germetikləşdirilmiş mühitdən yer üzünə tanımadığımız canlı aləm sıza bilər. Bundan sonra nələr olacaq, nəticəsində yer üzündən həyat silinə bilərmi suallarına dəqiq cavab verən yoxdur. Burada insanların heç vaxt qarşılaşmadığı mikroblar dünyası da ola bilər.
Amerikanın «Space» jurnalında çap edilmiş məqalədə Cənub qütbünü tədqiq etmiş, dəfələrlə suya baş vurmuş robot barədə oxuya bilərik. Müəllif deyir ki, robot 1226 metr dərinliyə qədər gedib. Amma Amerika rəsmi şəkildə bu barədə də həvəssiz danışır. El arasında isə, şimal xalqlarınnı mifologiyasında buzlaqlar altında yaşayan kərtənkələlər və dəhşətli əjdahalar barədə nağıllar dolaşır. Alimlər bunu şərh etməyin özünü gülünc hesab edir amma yenə də əlavə edirlər ki, Antarktidanın tədqiqatı cavabdan daha çox suallar yaradacaq. Ölkələr tədqiqatlar aparıb açıqlama vermək istəmədikcə fərziyyələr artır və Antarktidada çox maraqlı nələrinsə olduğu qənaətinə gəlirik.
Barada da qalalar ucaldanlar varmış
Antarktidada, 400 metrlik buzlaq altında hermetik şəkildə artıq bir neçə milyon illik yaşı olan bir həyat qaynayır. Buradakı bakteriyalar havasız və işıqsız yaşaya bilirlər. Bu tapıntılar başqa planetlərdə, məsələn Mars və Avropa planetlərində mikroorqanizmlərin yaşama ehtimalı məsələsinə başqa gözlə baxmağa imkan verir. Antarktida «Qanlı şəlalə» adlı bir yer var. Balaca bir çatdan yerin təkindən üzə qırmızımtıl buz çıxır. Onun adı da buradan götürülüb. Bu çatdan yer üzünə 1.5 - 2 milyon il qapalı qalmış canlı mikroorqanizmlər çıxır. Həmin ərazilərdən alınmış nəticələrə görə buzun altında 17 növ mikroorqanizm aşkar edilib. Onların sulfatla nəfəs alan orqanizmlərlə qohumluğu aşkar edilib. Amma tədqiqat göstərib ki, Antarktidanın mikroorqanizmləri planetdə hava kəskin soyuqlaşan zaman buz altında qaldıqdan sonra özünü itirməyib əl altında olanlarla, məsələn dəmir birləşmələriylə nəfəs alaraq evolyusiya yolunu davam ediblər. Bu, 650-700 milyon il əvvəl baş verib. Alimlər hələ də anlaya bilmirlər ki, necə olub ki, Yer üzündə həyat sönməyib. Burda tapılan həyat əlamətləri yer üzündə həyatın sürməsinin kiçik modelinə bənzəyir. Ekstremal soyuqda, qaynar suda, duzlu, ya da turş suda, hətta oqsigensiz mühitdə olan həyat formaları…
Antarktikada tapılanlar həmişə canlı orqanizmlər deyil. Bu yaxınlarda «Weekly World News» jurnalı Norvec alimlərinin tapıntıları barədə məqalə dərc etdi. «Amundsen - Skott» stansiyası yaxınlığında Maunt Makklintok dağından 160 kilometr aralıda naməlum tikili aşkar olunub. 28 metr hündürlüyündə olan buz bloklar orta əsr qalasını xatırladırdı. Güclü küləklər buzlağın üstündəki qarı süpürəndən sonra abidə lap alimlərin gözünə girməyə başladı. Tikilini tapmış alim Kyel Nerqaard onu şərh etməkdə çətinlik çəkir: «Qalanı 100 il əvvəl, ya da 1000 il əvvəl tikə bilərdilər. Onun kim tərəfindən və nə üçün tikilməsinə dair ağlıma heç nə gətirə bilmirəm».
Kim tikib, nə üçün tikib, qitənin planetin hayatında rolu nədir və s. suallar cavab əvəzinə yeni suallar doğurur. Bu buzlaq parçasını kim belə adlandırıb? Əlbəttə, alman, ya ingilisdilli Antakrtikanın əzəldən ƏnTərkTikə adlanması fikrini ağlına gətirə bilməz. Amma ən qədim, ən sirli məkanların dilimizdə çox sadə izahı var. Dilimiz qədim simvollardan tutmuş qərb alimi üçün anlaşılmaz olan terminologiyaya qədər hər şeyi sadəliklə izah edə bilir. Deməli planetimizlə, babalardan aldağımız abidələrlə bərabər dilimizi də qorumalıyıq. Axı açılası sirlər çoxdur…
Hər il Antarktidaya yaz gələndə, qısa müddətə sahil zolağı buzlaqdan bir qədər azad olanda Krliçə Mod deyilən ərazilərdə sıralama qəbirlər üzə çıxır. Bu, Antarktida uğrunda döyüşlərdə həlak olmuş əsgərlərin qəbirləridir. Torpaq donmuş olduğundan onların hərəsinə bir qəbir qazmaq mümkün deyildi və bütün həlak olanlar qardaş məzarlığında basdırılıb. Bəzi qəbirlərin üstündə xaç əvəzinə təyyarə propellerləri qoyulub. Bu qəbirlərin tarixcəsi ilə lap bu yaxınlarda maraqlanmağa başlayıblar. Rəsmi elmi dairələr bu barədə həmişəki kimi susur və şərh vermir. Alternativ elmi xətti götürən tədqiqatçılarsa bu fakta öz məruzələrində xüsusi yer ayırır. Burda gizlənən, ilk baxışdan ağlasığmaz görünən sirrləri bilməyə hamının haqqı çatır.
211-ci baza
1936-cı ildən bəri almanların Antarktidada yaratdığı bu bazaya kimsənin bilmədiyi yüklə dolu sualtı gəmilər yollanırdı. Eləcə də adamlar həmin bazaya gedib geri qayıtmırdı. Bu sirr hələ də təkcə öndə gedən ölkələrin deyil, bütün planetin xüsusi xidmət orqanlarının müştərək sirri kimi saxlanmaqdadır. Almanların Antarktidada yaratdığı «Yeni Şvabiya» adlı yaşayış məkanı barədə ola bilər hər kəs eşidib, amma əsil informasiya daha dərin və daha maraqlıdır. Antarktidanın cənub torpaqlarında sahil boyu basdırılmış əsgər məzarlığı ikinci dünya savaşında iştirak etmiş təcrübəli təyyarəçilərin, rus əsgərlərinin məzarıdır. Sayı bir neçə yüzdən artıqdır. Həlak olanların siyahısı məzarlıqdan silinib, artıq itib batıb, bəlkə arxivlərdə saxlanmış olar. Qırıcı təyyarənin torpağa basdırılmış vintlərinin Antarktidaya necə gedib çıxmasıyla təzəlikcə, 2002-ci ildən maraqlanmağa başlayıblar. Bu vintlər «Kinkobra» adlanan «R 39» qırıcı təyyarələrə məxsus idi. Onlar həmin zamanın ən güclü qırıcı təyyarələrindən idi. Müharibənin sonunda bu təyyarələr reaktiv təyyarə sürətiylə hərəkət edirdi. Burda onlar kiminlə vuruşurdu, kimi müdafiə edirdi?
Hitlerin son pənah yeri
Hitlerin müharibənin sonunda ölmədiyini Stalin də, Çörçil də, Truman də yaxşı bilirdi. Hitlerin Argentinaya getməsi barədə yazılanları çoxları ciddi qəbul etmir. Amma bir başqa versiyaya görə o, Argentinadan sonra Antarktidada yaradılmış əlçatmaz yeraltı bazaya köçmüşdü. İran və Türkiyə kəşfiyyatında belə bir informasiya var ki, Hitler müharibədən sonra bəzi siyasi liderlərlə görüşlər keçirib. Stalin görüşə göndərdiyi adam vasitəsiylə «sonra nə olacaq?» sualını vermişdi. Hitler müharibənin sonunda Amerikadan sığınacaq istəmişdi. Liderlərin Tehran görüşündə də bu məsələlər müzakirə edilmişdi. Müharibədən sonra Hitler ölümünü simulyasiya edib yoxa çıxır. Bəzi ensiklopediyalarda yazılır ki, dünya dövlətləri hələ ikinci dünya müharibəsi başlamamışdan əvvəl Antarktidanı bölüşdürməyə girişmişdilər. Müharibə bitən kimi də qaliblərin ilk davası Antarktida üstündə olmuşdu. Stalin və Truman siyasi deyişmələrində bir qırıq da güzəştə getmək fikrində deyildi.
«Yeni Şvabiya»da ruslar almanların tərəfində vuruşub
Əfsanəvi Papanin «Slava» adlı hərbi gəmilər dəstəsi ilə Kraliçə Mod sahillərinə yan alır. 1946- 47- ci illərin ayrıcında amerikanın admiral Berdin başçılığı ilə hərbi ekspedisiya tədqiqat etmək adıyla, amma əslində almanların bazasını ələ keçirmək üçün Antarktidaya yaxınlaşanda rus gəmiləri artıq bu sularda «gəzişirdi». Berd öz gündəliklərində yazır ki, Antarktidada onlara kimsə, yaxud nəsə hücum elədi. O, hücum çəkən qüvvələrin kimliyini müəyyənləşdirməkdə aciz idi. Çünki bu döyüşdə suyun içindən birbaşa havaya qalxan diskvari uçan gəmilər, heyrətamiz gücdə olan silahlar iştirak edirdi. Əvvəl amerikalıları rus qırıcı təyarələri qarşılayıbmış. Amma amerikalılar daha güclü idi və ruslar məğlub olmağa başlayanda hardansa kömək gəldi və suyun altından qəribə uçan obyektlər çıxıb çox qısa müddətə döyüşün taleyini həll etdi. 20 dəqiqə ərzində Amerikanın bura göndərdiyi hərbi qüvvələr darmadağın edildi. Burdan qəribə sual əmələ gəlir: bəyəm ruslar almanların 211-ci bazasını müdafiə edirdi? Sanki amerikalılar almanların bazasını ələ keçirməyə gələndə hansısa qüvvələr buna mane oldu. Admiral Berdinn fikricə bunlar yeraltı zavodlarda yeni texnikaya yiyələnmiş almanların tikdirdiyi uçan obyektlər idi.
«Sizi təbrik edirik, siz Arianaya gəlmisiz!»
Bu uçan diskləri almanlar qısa müddətə yaratmışdılarmı? Bu fərziyyələrdən biridir. Əməliyata başçılıq edən admiral Berd çox yaxşı bilirdi ki, burda gördüklərini dilinə gətirsə yenə də onu dəlixanaya salıb cəmiyyətdən təcrid edəcəklər. Onun cəhdlə gizlətdiyi gündəliklərini isə 2003-cü ildə bacısı tapıb və dərc etdirib. Burada oxumaq olar ki, hələ 1926-cı ildə başqa bir Antarktida tədqiqatçısı ilə buzlaqların üstündən uçarkən qəribə əhvalat baş vermişdi. Onların yanacağı yalnız şimal qütbünə çatacaq qədərində idi. Amma onlar gözlənilmədən geri qayıdırlar. Buzlaqları gəzib gəldikdən sonra onlar hər ikisi susurdu. Az keçmiş tədqiqatçılardan biri sirli şəkildə öldürülür və onun ölümündə günahkar Antarktidaya yol yoldaşı olmuş dostu bilinir. Yalnız bu cür «imtahan»dan keçmiş Berdə 1947-ci ildə hərbi donanmaya başçılıq etmək icazəsi verilir.
Antarktidaya rəsmi səfərindən sonra dedikləri onun 1926-cı il səfərindən xəbər verən gündəliklərinə inanmağa əsas verir. Birinci səfərdə onlar təyyarədə uçurmuş və birdən gözləri qarşısına dağ silsiləsi görünür. Onlar burada azıb qalır, çünki cihazlar işdən düşür. Duman çəkiləndən sonra onlar burada otlayan mamont sürülərini görür. Hər ikisi dəli olduğunu düşünməyə başlayır. Sonra iki uçan disk onları araya alıb enməyə məcbur elədi. Yerə endikdən sonra onlara dünyanın bütün dillərində sərbəst danışa bilən adamlar yaxınlaşdı. Onlar «Sizi təbrik edirik, siz Arianaya gəlmisiz!» dedilər. Onlar Şimal buzlaqları arasında boşluqlarda həyat sürən irqin nümayəndələri idi. Bütün dünyanı gərginlik içində saxlayan ilüminatlar yerin təkindəki boşluqlar və burada yaşayan sivilizasiyalar barədə məlumatlıdırlar. Yerin altında ya təbii, ya da süni yolla yaradılmış günəş hər yeri işıqlandırır. Burada yaşayan sivilizasiyalardan biri ağ dərili irqin nümayəndələridir. İndi alimlər fərz edir ki, yer üzündə dolaşan uçan boşqabların əksəriyyəti gəlmə deyil, elə yer sakinlərinə aiddir. Ariana sakinləriylə görüşdə Antarktidanın qonaqları təxminən belə bir söhbətin iştirakçısı oldu: «Biz sizi izləyirik. Amma bizim öz həyatımız var, sizin işinizə qarışmaq fikrimiz də yoxdu. Biz görürük, sizdə elə adamlar var ki, bizim nailiyyətlərimiz onlara lazım deyil. Biz sizə bunları versək sizinçün daha da ağır olacaq. Öz bildiyiniz kimi inkişaf edin. Ştatların prezidentinə çatdırın ki, sizin gələcəyiniz yoxdu. Texnogen sivilizasiyanı inkişaf etdirməkdə davam etsəz bu sizi yoldan azdıracaq. Bəşəriyyət məhv olacaq və onda bir ovuc adam sağ qalacaq. Biz həmən vaxtı sizin köməyinizə gələcəyik. İndi sizinlə başımızı ağrıda bilmərik».
Olmuşları uydurma elan etmək hamıya sərf edir
Bəzi mütəxəsislər Üçüncü Reyxin nəhənglərini Antarktidada bakterioloji silah hazırlamaqda ittiham edir. Alman faşistlərinin Antarktidaya marağını və 1936-cı ildən buraları tədqiq etməsini hamı bilir. Yeni Şvabiya adlanmış ərazilər Reyxin bir parçası sayılırdı. 1943-cü ildə qross admiral Karl Denisin ağzından qəribə bir ifadə çıxdı: «Alman sualtı donanması fəxr edir ki, yer üzünün başqa bir nöqtəsində fürer üçün alınmaz bir qala yarada bilib». Bura yüklər əsasən sualtı gəmilərlə daşınırdı. Tarixçilər yazır ki, müharibənin sonu məlum olduqda almanlar bu gəmilərdə olan torpedaları götürüb yerinə müxtəlif naməlum yüklər yığıb harasa daşıyırdı. «U-530» adlı sualtı gəminin komandiri Vilhelm Bernhard 1945-ci il aprelin 15-də Üçüncü Reyxin əmanətləri və Hitlerin şəxsi əşyaları yüklənmiş yeşikləri Antarktidaya çatdırdı. «Valkiriya 2» adlandırılmış bu əməliyyatın sonunda 1945-ci ilin iyulun 10-u gəmi Argentinanın Mar-del-Plata limanına yan alıb təslim olur. Deyilənə görə daha bir sualtı gəmi «U - 977», Heyns Şefferin komandanlığı altında guya ki, Hitler və Yeva Braunun külünü Antarktidaya çatdırıb həmin yolla avqustun 17-i adıçəkilən limana gələrək təslim olub. Heç kim bu iki kapitanın Antarktidaya çatdırdığı əmanətlər barədə verdiyi izahata inanmır. Neçə illər sonra kəşfiyyat kapitan Şifferin Vilhelm Bernharda yazdığı məktubu əldə elədi. Məktub 01. 06. 1983-cü il tarixində yazılıb: «Əzizim Villi, «U - 530» gəmisi barədə əlyazmaların üzərində düşünərək deyirəm, bəlkə bu əməliyyatda iştirak etmiş və hazırda Atlantika sularına qərq olmuş hər 3 gəmi barədə susmaq daha yaxşıdı? Fikirləş, sənin yazmaq istədiklərindən sonra mənim kitabım necə gülünc görünəcək. Biz hamımız sirri saxlamağa vəd vermişik. Biz pis iş görməmişik, çünki əmrləri yerinə yetirir və sevimli Almaniya uğrunda vuruşurduq. Özün fikirləş, bizim missiya barədə həqiqətləri desən nə qazanacaqsan? Bəlkə bunları bir uydurma kimi təqdim etmək hamıya xeyir olar…».
Hitlerin yeni imperiyası
Hitler və onun arxivi barədə şaiyələr dolaşdıqca alimlər də rahat ola bilmir və bu arxivləri əldə etməyin xətrinə Antarktidanı ələk-vələk edirlər. Antarktidada fəaliyyət göstərən bazaların elmi-tədqiqati tərəfindən başqa belə bir missiyası olduğunu da hamı bilir. Çünki Almaniyanın gözlənilən arxivlərini hələ ki, heç kim tapmayıb. Müharibəni uduzduqca almanlar Antarktidadakı fəaliyyətlərini gücləndirirdilər. Bu, almanlar üçün Dördüncü Reyxin bütövrəsini qoymaq kimi vacib məsələ idi. 20 milyon il əvvəl formalaşmış yeraltı göl fürer və onun məşuqəsinin sonuncu ünvanı olmalıydı. Bəziləri fərz edir ki, fürer və məşuqəsinin bədəni gələcəkdə DNT vasitəsilə klonlaşdırılmaq üçün bura gətirilərək dondurulmuşdur. Sirrli baza - 211 barədə məlumatları bütün ölkələrin kəşfiyyat idarələri tam ciddiliyilə qəbul edirdi. Almaniya süqut olandan sonra hərbi xəritələr ələ keçmişdi. Bu xəritələrdə Antarktidanın buzlaqları altında olan dəhlizlər vasitəsilə «Aqarta»ya olan yolla göstərilmişdi.
2008-ci ildə internetdə Barabou Vedu adlı 1983 təvəllüdlü adamın yazıları meydana çıxdı. O, danışırdı ki, «Yeni Berlin» adlı bazada doğulub: «15 yaşıma qədər məni əbədi buzlaq altında olan yadplanetli bazada saxlayırdılar. Biz ingilis və hind dillərində danışırdıq. Hind dilindən tərcümədə adım «Sən Ayda doğulmuş birinci ola bilərsən» deməkdir». 1945-ci ildə Antarktidaya yük daşıyan sualtı gəmilərin kapitanlarının danışdıqları olmasaydı kimsə bu gəncin sözlərinə inanmazdı. Baza 211 barədə söz-söhbəti alman yazıçısı Hans-Uilrix fon Karsın «Buzlaqdakı svastika» kitabı bir daha təsdiqləyir. Burada alman zabitlərinin gizli köçürülməsi barədə danışılırdı. O da Antarktidadakı yeraltı göllər, bitki aləmi ilə zəngin iri ərazilərdən danışırdı. Ordakı yeraltı mağaralarda insan fəaliyyətinin izləri vardı. Bəzi məlumatlara görə bütün dünyanın alimləri bura daşınırdı və 1942-ci ildə «Yeni Şvabia»da 10 min adam yaşayırdı. Başqa bir mənbələrsə müharibə zamanı yoxa çıxmış 200 min alman zabitinin adını çəkir. Onlar nə ölənlərin içindədir, nə də itkin düşənlərin siyahısında.
Hamı Hitlerin mifik Şambala barədə lap sayıqladığını da bilirdi. O, paralel dünyaya çıxış və ola bilər ki, ölməzlik sirrini axtarırdı. Fürer Tibetə ekspedisiyalar göndərir və öncəgörməliyi olan adamlarla əlaqəsini kəsmir, onların məsləhəti olmadan bir addım da atmırdı. Çünki qədim mətnləri öyrənən Hitler oxumuşdu ki, Yer kürəsinin içi boşdur və burada yaşayışa uyğun torpaqlar, hətta sivilizasiyalar da var. Müharibə bitəndə Hitlerin ölümü inandırıcı olmadığından hamı dərhal onu axtarmağa girişdi. Amma qitə ətrafında bütün araşdırmalar gəmi və təyyarələrin məhvi ilə bitirdi. Sonra qarşıdurmadan sağ çıxan amerika əsgərləri heyrətlərini gizlədə bilmirdi: «Buzlaq altından əsil uçan boşqablar havaya qalxırdı, gəmilərimizi göz qırpımında dağıdan, yandıran nəsə naməlum şüalar buraxırdı». Bəziləri uçan boşqabların üstündə svastika olduğunu da deyir. Bu, inandırıcı deyildi, axı həmin vaxtlar yer üzündə uçan boşqab yaradacaq texnika yox idi.
Boşqablar müharibə elan edir
Zaman keçdikcə Antarktidanın sirrləri açılmırdı. 1973-cü ildə məşhur səyyah Jak-İva Kustonun komandası Antarktidada lövbər saldı. Bütün dünyanın seyr etdiyi məşhur televiziya aparıcsı, səyahət filmlərinin rejisorunun çəkilişlərini hər kəs tanıyır. O da Hitlerin sirrli şəhərini axtarmaq niyyətindəydi. Amma onun komandasının bütün üzvləri həlak oldu. Rus alimlərinin də ekspedisiyası həmin taleyi yaşadı, onları sadəcə partlatdılar. ABŞ, Argentina və Çilinin radiolokasiya stansiyaları Antarktidada bir sahildən o birisinə şütüyən qəribə obyektləri izləməkdən başqa heç nə edə bilmirlər. Dünya sirrlərini faş edən VikiLiks jurnalı da buzlaqlar altındakı sivilizasiyalar barədə məlumat verib. Bu materiallara əsasən 2004-cü ildə Amerika naməlum uçan obyektlərə qarşı müharibəyə başlamağa hazırlq görübmüş. Amerika üçün həmin ilin 10 iyun həyacanı unudulmazdır. Həmin gün Qvadalaxara (Meksika) tərəfdən Amerikanın sərhədlərini naməlum uçan boşqablar ordusu pozaraq böyük həyəcan yaratmışdı. Amma onlar Amerikanın sərhədlərinə 1600 kilometr qalmış yolu dəyişərək Cənub Okeanı tərəfə uçub orda yoxa çıxmışlar. Bu, Amerikanın vəlvələyə düşdüyü yeganə hadisə deyil. Hal-hazırda sudan yüksək sürətlə çıxan uçan obyektlər bizim gəmilər üçün böyük təhlükə sayılır. Çünki onların yaratdığı dalğalar ən iri gəmiləri də batırmaq qüdrətindədir. Bu tip hadisələr dəfələrlə müşahidə olunub və gəmi kapitanları sudan çıxan obyektlərə münasibətdə məlumatlıdırlar.
Planetin qütblərində hansısa ciddi məsələnin olması fikrini alimlər çoxdan qəbul edib. Çünki planetin infroqırmızı və ultrabənövşəyi fotolarında qütblərdə açıq aydın deşik olması görünür. O, açılıb yığılan fotoaparat obyektivi kimidir və altıbucaqlı formasındadır. Bu yer kürəsinin maqnit sahəsində olan enerji axını ilə bağlıdır. Şimal qütbü giriş, cənub qütbü isə çıxışdır. Soruşula bilər, giriş-çıxış kimin üçündür? Planetin də canlı orqanizm olub başqa kosmik elementlərlə müəyyən münasibətdə olması fikrini qəbul etsək planetlərin, ulduzların və qalaktikaların da bizim anlamadığımız əlaqə sistemində olmasını düşünməyə məcburuq. Planetimizin ən güclü dövlətləri sadəcə oturub buzlaqlardan gəlib gedən uçan aparatları müşahidə etməkdən savayı heç nə edə bilmirsə səviyyəmiz, kainatda yerimiz və planetimizə sığmayan təkəbbürümüz barədə dərindən düşünməliyik. Kosmos bizimlə bu portal, yəni qütblərdən keçən enerji dəhlizi vasitəsilə ünsiyyət qurur. Bəzən nəzarət, bəzən müdaxilə edir, yəqin ki, nə vaxtsa sadəcə əlini yelləyib başqa, daha maraqlı canlılar axtarmağa gedir. Alimlər də razılaşır ki, Yer kürəsində qara dəliklər - başqa ulduzlara aparan «soxulcan» tunellər var ki, məsələn Veqa ulduzuna həmin bu portalla bir neçə dəqiqəyə çatmaq olar.
Antarktidada buzlaqdan havaya qalxan uçan aparatların üstündəki svastika işarəsi isə onların almanlara məxsusluğunu sübut etmir. Əksinə, bu simvolun hələ qədim zamanlardan bura başqa sivilizasiyalar tərəfindən ötürüldüyünü göstərir. Almanlarsa sadəcə, bu məsələyə bir qədər yaxınlaşmışdı…


Fb Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. FeaT.Az
    BU məqaləni gecə saat 4 də falan oxumsuham özüm oxuya bilməsəydim qoymazdım saytada.bir az çoxdur düzdü amma marağı olanlar var çoxunun səbri çatmasada.
  2. alara
    • alara
    • 31 Ocak 2016 18:57
    muyewn hisse ye qeder oxudum cox eziyet cekmisiz gorunur oxuya bildiyim qeder oxudum en azindan melumatim var
  3. FeaT.Az
    Alıntı: allah bendesi
    ne yalan yazim yarisini oxudum tam oxumaga sebrim catmadi(..cox sag olun eziyyet cekmisiz paylaşmisiz ama oxuya bilmedim

    ne yalan yazim yarisini oxudum tam oxumaga sebrim catmadi(..cox sag olun eziyyet cekmisiz paylaşmisiz ama oxuya bilmedim

    Buyurun necə məsləhətdir)
  4. allah bendesi
    ne yalan yazim yarisini oxudum tam oxumaga sebrim catmadi(..cox sag olun eziyyet cekmisiz paylaşmisiz ama oxuya bilmedim

    ne yalan yazim yarisini oxudum tam oxumaga sebrim catmadi(..cox sag olun eziyyet cekmisiz paylaşmisiz ama oxuya bilmedim
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.