Bir planktonun hekayəsi

01 Şubat 2016
1 375
2
Bir planktonun hekayəsi

Bir planktonun hekayəsi

-O gün mənim üçün dünəni, srağagünü olmayan bir gün idi. O gün gözcüklərimə ilk dəfə işıq düşmüşdü. Ucsuz-bucaqsız okeanda bir plankton laraq
yaranmışdım. Ətraf dediyim şey qonur yosunlardan birinin tallomu idi. Mən bu tallomun çox kiçik bir hissəsini tuturdum.Ətrafdakıların da hamısı ənimlə eyni rəngdə olan planktonlar idi.Milyardlarla eyni rəngli planktonlar.. Mən bu haqda çox düşündüm ki, niyə hamımız eyni rəngliyik? Dalğalar məni də digərləri ilə birlikdə özü ilə aparırdı. Cərəyanın hara axdığını bilmirdim, birdə onu gördüm ki, yüzlərlə plankton və mən qaranlıq bir yerdəyik. Digər planktonların çırpınışları kəsilmişdi. Deyəsən, tək mən güclü olub, qalib gəlmişdim. Böyük bir boşluğa düşdüm və ondan sonrasını xatırlamıram. Gözcüklərimi açanda özümü güclü hiss edirdim. Nə isə dəyişiklik var idi. Ətrafda planktonlar yox, iri xərçənglər vardı. Deyəsən, mən artıq bir xərçəng olmuşdum. "Bu necə olmuşdu "-, deyə düşünərkən digər xərçənglərin planktonla qidalandığını gördüm.Deməli, mənim DNT-lərim
xərçəngin kürüsünə keçmişdi.Bəs mən həzmdən necə sağ çıxdım ? Yəqin ki, düşünə bilən plankton olduğuma görə digərlərinə nisbətən DNT-lərim güclü olub. Mən təbii seçmənin ilk sınağından uğurla keçmişdim. Xərçəng olaraq bir şey də öyrəndim ki, plankton kimi maksimum 16 dəqiqə yaşaya bilərmişəm. Bir planktonun ölümü ilə yaşamı arasında bu qədər fərq var. Ancaq mənə o qədər uzun gəlmişdi ki, heç bitməyəcəyini zənn etdim. "Görəsən bundan sonra yenə çevriliş baş verəcəkmi?"-, deyə düşünürdüm ki, güclü dalğa yarandı. Mən və bir neçə xərçəng axına düşüb boşluğa doğru gedirdik. Çox dar yerə düşdük. Düşdükdən sonra bütün səslər kəsildi. Yenə digərləri məhv olmuşdu. Deyəsən, həzm başlanırdı. DNT-lərimə güvənərək sonunun harda bitəcəyini bilmədiyim sürüşkən bir borunun içində idim. Sonra hara düşdüyümü bilmirəm. Gözlərimi açanda bir balıq olmuşdum. Mən artıq okeanda rahat üzə bilirdim. Ətrafda da qırmızı rəngli balıqlar vardı. MƏN HƏMIŞƏ NƏ OLDUĞUMU ONLARA BAXARAQ BILMIŞƏM. Balıq olandan sonra tez-tez yeni dostumla xərçəng ovuna gedirik. Biz sürüdən ayrılmışıq. Ondan çox şey öyrənirəm. O da mənim kimi daim çevrilişlər yaşayıb.Dediyinə görə o, okeanın ən ağıllısı olan delfin olub. O mənə deyir ki, okeanın ən nəhəngi balına olsa da, o, okeanın ən kiçiyi olan planktonlarla qidalanır. Ona bir çox suallar verirəm və daim düşünürəm. Görəsən, mən bir balinaya çevrilib, əbədiliyimə nəhəng kimi davam edə biləcəmmi ? Inanıram ki, DNT-lərin varoluşunu davam etdirər.Səndə inan, plankton olmaqdansa, bu nəhəng okeanda özünə daha böyük yer tut.Sən də çevrilişini yaşa! Bunu sənə qırmızı rəngli zəhərli balıq deyir.Düşün...

Müəllif: Ziya Mehdiyev

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ellerinize sagliq.xeber ucun cox sag olun

    ellerinize sagliq.xeber ucun cox sag olun
  2. SindireLLa
    Oxuya bilmədim vaxt tapsam oxuyaram. Yenədə çox sağolun.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.