Günahsız lələk

02 Şubat 2016
1 201
2
Günahsız lələk
Günahsız lələk


Günahsız lələk

Qızım üçün çox ağır gün idi. O, üç qızımdan ən kiçiyidir. Həyətdə öz bacıları və qonşu uşaqları ilə birgə fəal oyunlardan geri qalmamağa çalışırdı. Ancaq heç də hər şey yağ kimi getmirdi. Heç kim onunla pis davranmasa, oyundan çıxarmasa, onu cırnatmasa da, reallıq bu idi ki, o uşaqlar arasında nə ən cəldi, nə ən güclüsü, nə ən fərasətlisi, nə də ən böyük əhəmiyyət kəsb edən uşaq idi.

Səsindən hiss edirdim ki, qəzəbi getdikcə böyüyür. Onu evə çağırmaq istədim ki, bir az dincəlsin. Lakin, bir çox analar kimi əvvəlcə günorta yeməyini hazırlayıb daha sonra ona vaxtımı sərf etməyə cəhd etdim. Çox gözləməli oldum. O evə girəndə, üzündən görünürdü ki, kimisə döymək istəyir, əsəbindən partlamağa hazırdır. Odur ki, məni qarşıda gözləyən fırtınaya hazır olmaq üçün dərindən nəfəs aldım. O mənə baxdı, əlindəki həyətdən tapdığı göyərçin lələyini mənə göstərib dedi:

"Ana, bax, necə gözəl lələkdir” – və heç bir xəbərdarlıq etmədən lələyi şiddətlə əzməyə başladı. Deyinə-deyinə lələyi əzib didişdirirdi. Mən yanında dayanıb ona baxırdım. İçində yığılmış qəzəbi çıxarmaq üçün özünə belə təhlükəsiz yol tapmasına heyran qalmışdım. Sonra qəfildən hər şey dəyişdi; o səksəkə içində mənə sığındı,sərtliyindən əsər-əlamət də qalmadı. Lələyi mənə göstərərək qışqırdı: "Ana, yazıq lələk! O əzildi! Həmişəlik sındı! Axı o çox gözəl idi!” – və möhkəmdən və ümidsiz şəkildə ağlamağa başladı.

Mən onu qucaqladım və belə gözəl lələyi itirməyin necə də kədərli olduğunu ona yavaşca deməyə başladım (lələyi onun özünün könüllü şəkildə sındırdığını və onun niyə qəzəbli olduğunu ona bildirmək istəyimi güclə cilovladım). O fədakarcasına ağlayırdı: "Axı o mənim xoşuma gəlirdi! Çox xoşuma gəlirdi! Ana, o mənim çox xoşuma gəlirdi! O indi çox eybəcərdir! O əzilib! Onu daha heç vaxt, heç vaxt, heç vaxt qaytarmaq olmaz!”. O təqribən 5-10 dəqiqə göz yaşı tökdü, sonra tufan qəfil baş verdiyi kimi, qəfil də çəkilməyə başladı. Qızım mənə baxdı, gülümsündü, göz yaşlarını sildi və soruşdu: "Günorta yeməyi hazırdır?”. Bundan gözəl nə ola bilərdi ki?

Adaptasiya möcüzəsi kimi bir hadisəyə ehtiramım bir daha artdı. Biz kədər hissini yaşamaqla, həyatımızda baş verənlərlə barışa bilərik; biz nəyisə dəyişə bilməyəndə, içimizdə qəzəb hissi yığılır, hüzn hissi isə onu qurudur, qəlbimizin yumşalmasına və ağrı və stressdən sonra bərpa olmağa kömək edir. Bəzən biz göz yaşları axıtmağı unuduruq və qəzəbimiz digərlərinə, özümüzə, bu hadisədə isə lələyə qarşı aqressiya nümayiş etdirməyimizə səbəb olur. Biz başa düşəndə ki, aqressiyanın səbəbi qəzəb hissimizdir, o zaman uşaqlara başqa gözlə baxmağa başlayırıq və biz onların kürlük etməsini daha asanlıqla anlayır və qara buludları qovmağa kömək edən göz yaşlarının axması üçün onlara şərait yaradırıq.


Günahsız lələk
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
allah bendesi
xahiş sari yazi rendinden istfade etmeyin hecne oxumaq olmadi yarim yamalag oxudumda...teşekkurler paylaşim ucun

xahiş sari yazi rendinden istfade etmeyin hecne oxumaq olmadi yarim yamalag oxudumda...teşekkurler paylaşim ucun
alara
  • alara
  • 2 Şubat 2016 15:17
insani dusunduren xeberdir cox saqol

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2020 (82)
17:00
0

Kitabdan Söz Yazılı Şəkilləri 2020 (82)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
0

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Yüksək təzyiqdən əziyyət çəkənlər bunları yeməməlidir
15:00
27

Yüksək təzyiqdən əziyyət çəkənlər bunları yeməməlidir

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (372)
14:00
120

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (372)

Hansı Bürc Nəyə Kədərlənir - Foto
13:00
120

Hansı Bürc Nəyə Kədərlənir - Foto

Bel ağrılarını azaldan tövsiyələr
12:00
58

Bel ağrılarını azaldan tövsiyələr

Sənmən Yazılı Şəkillər 2020 (22)
11:00
235

Sənmən Yazılı Şəkillər 2020 (22)

Kakaolu Napoleon tortu resepti - Video resept
11:00
43

Kakaolu Napoleon tortu resepti - Video resept

Tarixdə Bu Gün - 24 Yanvar
09:00
39

Tarixdə Bu Gün - 24 Yanvar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ