ᗰavi ᗷәnövşәlәr

20 Şubat 2016
1 228
5
ᗰavi ᗷәnövşәlәr
ᗰavi ᗷәnövşәlәr

ᗰavi ᗷәnövşәlәr

ᗰavi ᗷәnövşәlәrözәl bir yaz sabahı idi. Ətrafda uçuşan quşlar bir ağızdan nәğmәlәrini
söylәyirdilәr. Sәbinә zorluqla da olsa gözünü açdı. Ətrafına baxdıqda
bir xәstәxanada olduğunu anlaması çәtin olmamışdı. Artıq neçә hәftә
idi ki, az sonra keçirәcәyi әmәliyyat üçün burada müayinәdә
saxlanılırdı. İstәsә dә, istәmәsә dә o әmәliyyata girmәli vә hәyatına öz
axarında davam etmәli idi.
Yatağından qalxıb otağa göz gәzdirdi. Gördüklәri şeylәr tәbii ki, onu
qanә etmirdi. Axı, kim son dәfә görәcәyi yerin bir xәstәxana otağı
olmasını istәyәr ki?
Sanki öz-özünә cavab verirmişcәsinә başını sağa
sola salladı. Tәәssüf ki, son dәfә evini görüb, otağının hәr köşәsini
gözlәriylә darma-dağın edә bilmәyәcәkdi. Yatağının yanında duran
komodinin üzәrindәn eynәyini götürüb, taxdı. 1-2 addım atmışdı ki,
anası otağa daxil oldu. Qızının üzgün gözlәri sanki ömründәn ömür
alırdı. Əlindәki çayı qızına uzattı. Sәbinә ilk öncә tәrәddüt etsә dә, daha
sonra çayı anasının әlindәn alıb barmaqlarıyla sardı.

"Əmәliyyat 1 saat sonradır, qızım, hazırsan?" deyә sual verdi anası
Sәbinәyә. Qızını bu cür çәtinliyә salmaq istәmәzdi ama qızının hәyatı
üçün vacib idi. Vә yenә dә, hәyatı üçün bu әmәliyyata girmәli idi Sәbinә.

"Deyәsәn, hә. Nәyi dәyişdirәcәk mәnim hazır olub-olmamağım? Bu bir
seçim idi, ana. Mәn seçimimi etdim."
Dedi vә әlindәki stәkanıyla birliktә
otaqdan çıxdı.
Xәstәxananın bağçası gözәl idi. Hәr yaşdan insanlar burada oturub
güllәrin qoxusunu içinә çәkәrәk, bir anlığına xәstәliklәrini, dәrdlәrini
unudurdular. Sәbinә dә elә bu insanlardan biri oldu. Boş bir oturacaq
tapıb oturdu. Buradan indi tüm baxça görünürdü. Qızılgüllәr,
bәnövşәlәr, lalәlәr.. Vә daha bir çox qoxusu adamı bihuş edәn güllәr,
çiçәklәr. Bir az öncә son gördüyü yer xәstәxana olduğu üçün üsyan edәn
Sәbinә, artıq burada olduğu üçün sevinirdi. Sәbәb isә: güllәr vә ya elә
mәhz bu bağça.
Stәkandaki çayından bir yudum alıb, oturacaqdan
qalxdı vә mavi bәnövşәlәrin olduğu tәrәfә getdi. Çox az görmüşdü mavi
bәnövşә. Ama bunlar çox fәrqli görünürdülәr, çox fәrqli qoxurdular.
Uşaqlıqdan bәri dәrin sevgisi var idi Sәbinәnin bәnövşәlәrә. Atası hәr
gün işdәn gәlәrkәn alardı onun üçün. Balaca qız hәmişә sevinib, atasını
bәrk-bәrk qucaqlayardı.
Sonra bir gün nә atası gәldi evә, nә dә sevimli
bәnövşәlәri..
Gәlәn sadәcә bir ölüm xәbәri, bir dә atasının cansız cәsәdi
idi. O gündәn bәri çiçәklәrә düşmәn oldu Sәbinә. İcazә vermәdi anasına
çiçәk almağa, icazә vermәdi özünә bәnövşәlәri sevmәyә. İndi isә
әmәliyyata sadәcә dәqiqәlәr qalmışdı. Vә bu bәnövşәlәri görmәk ona
atasını xatırlatdı. Sanki atası burdadı vә onun bu әmәliyyatının uğurlu
keçәcәyini ona fısıldayır. Qәribә bir tәrzdә gülümsәdi Sәbinә. Nә xoşbәxt
idi indi, nә dә üzgün.
Sadәcә doyunca bu gözәlliyә baxıb, bu gözәl
qoxunu içinә çәkmәk istәyirdi.


ᗰavi ᗷәnövşәlәrᗰavi ᗷәnövşәlәr


Müәllif: Pәri Abbaslı
Tarix: 09-05-2014
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
Jessica
Pәri Abbası nın yazıların bəyənirəm bu hekayənin oxumamışdım sayəndə oxumuş oldum
Çox bəyəndim paylaşdığın üçün təşəkkürlər
allah bendesi
tamam baci..bu hekayenin sonu neyse meni duşundurdu emeliyyatdan sonrasi..oncun soruşdum..teşekkur baci ellerine sagliq
SaFFron
Sitat: allah bendesi
yeqqin bununda ardi olarda???

Can yox bu qısa hekayedi,ardı yoxdu)
Ismayil
maraqli idi
allah bendesi
yeqqin bununda ardi olarda???nedense cox hekayede atalar olmur.ellerine sagliq baci