▪ Mən kiməm? ▪

21 Şubat 2016
2 668
1
▪ Mən kiməm? ▪
▪ Mən kiməm? ▪

▪ Mən kiməm? ▪
Yazar: Ayan
▪ Mən kiməm? ▪

Bir gün səhər oyanarkən " Mən kiməm? Mən niyə yaşayıram? Nə üçün və yaxud kimin üçün yaşayıram? " deyə özünüzə sual verdinizmi?
Məncə, hər bir insan ömründə bir dəfə olsa da, bu sualları özünə verib, verməsə də tezliklə verəcək.
Yaxşı, tutalım ki, bu sualları verdik özümüzə. Bəs cavab? O nəhlətə gəlmiş, adamı içdən yeyən cavab hanı bəs, tapdınızmı?!
Mən, məsələn, bu yaxınlarda tapdım.
Mən kiməm?
Mən bir heçəm. Digər insanlardan fərqlənməyən bir heç.
Niyə yaşayıram?
Bəlkə ömrümün digər yarısında nəyəsə nail ola bildim deyə. Öz gücüm, öz ayağımla, heç kimdən asılı olmadan yaşamaq üçün çalışıram və yaşayıram.
Yaxşı, bəs xoşbəxtlik? Həyatın mənası? Həyatın gözəlliyi?
Bu qısa ömrümüzdə tam xoşbəxt ola bilərikmi? Həyatın mənasını tapıb bütün çirklərin arasında onun gözəlliyini tapa bilərikmi?
Məsələn, mən tapmıram, bütün çirkin içində o "həyat gözəldir, yaşamağa dəyər" i tapmıram. Bəlkə tapmışam?
Səmadakı buludlarda, mahnılarda, kitablarda? Sizcə, bunlar həyatdır? Mənim üçün hə. Hətta deyə bilərəm xilaskardırlar. Məni reallıqdan, insanlardan uzaqlaşdıran xilaskarlarım. Amma bəzən bunlar da kifayət etmir, qaçmaq lazımdır.
Hər kəsdən, keçmişimdən uzaq bir yerə qaçıb ancaq öz həyatımı düşünərək yalnızlığa qərq olub yaşamaq. Başqalarının dərdini, davasını dinləmədən yalnız təbiətin səsini dinləyərək həvəslə oxuduğum kitabın digər səhifəsinə keçmək. Yaz yağışına tamaşa etmək. Hələ arada bir isti kappuçinomdan da bir qurtum almaq.
Mənim həyatım olmalıdır o. Qısa müddətlik həyatımı özüm istəyərək qurub həyatın xoş üzündən bir az da olsa, zövq almalıyam.
Məgər mən də buna layiq deyiləm?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    eynen mende tebietin qoynunda bir evim olsun ama etrafimda insan olmasin quşlarin boceklerin sesiyle oz heyatimi yaşamaq isteyirem ...her kes laiq mence ama bir az mumkunsuz kimi ne bilim qacmaq istesende olmur ...paylaşimi beyendim ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.