Dəniz

21 Şubat 2016
2 018
1
Dəniz
Dəniz

Dəniz

Əsgərlikdən yenicə qayıtmışdım. Onunla oturduğumuz həmin oturacaqda oturub dənizi seyr edirdim. Sol cibimdəki əzilmiş kağızı çıxarıb oxumaqa çalışdım, amma bacara bilmədim. Gözlərim dolur, hüceyrələrim isə bədənimi didirdi. Əsgərlik anlarımı unutmuşdum. Sevdiyim qadın kimi bəlkədə elə zənn edirdim. Sonra bir səs eşitdiyimin fərqinə vardım. Çox doğma çox yaxın idi, halbuki yaşadıqım müddətdə bu səsə o qədərdə önəm verməmişdim. Çox uzaqlardan gəlir, biraz külək əsintisi, biraz şırıltı səsi, birdə ruhumu canlandıran sahilə vuran ləpələri. Keçmiş günlərimi ağlıma gətirib, dənizi beynimdə canlandırmağa çalışırdım. Çox mavi bir canlıydı o... İnsanların xatirələrini üzünə sərtcə vuran bir canlı. Axı necə başa salım sizə ?! Özünə bir dünya yaradan, milyonlarla canlıya heç bir zərər vurmadan, öz axarıyla gəzən bir canlıydı o. Əsəbləşə bilmirdim ona. O axı hər zaman mənim və bizlərin yanındaydı. Nə olduda indi ona dəyər verdim ?! Oturacağı qabarmış, eyni zamanda da qaralmış, əllərimlə bərk-bərk sıxıb, həmdə çıxıb getmək, eləcədə burada qalmaq istəyirdim. Qağayıların səsi ruhumu tango rəqsinə dəvət edib, tünd kofeyə batırıb rahatlıqca udurdu. Bu xoşbəxtliyi cib telefonum pozdu. Zəng edən Anam idi. "Oğlum artıq hava qaralır. Evə qayıtmaq zamanıdır. Qara eynəklərini tax, iki küçə sağa bir küçə isə sola dönərək evə gəl"- dedi. "Oldu ana gəlirəm"- söyləyib, telefonumu söndürdüm. Evə yollanarkən bu vaxtı eynək taxdıqıma görə mənə bəlkədə güllənlər oldu, amma onlar mənim döyüş zamanı iki gözümüdə itirdiyimi bilmirdilər.

Dəniz
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    cox tesirli hekayedir((.bezileri bilib bilmeden danişirlar laga qoyub gulurler tanimadigi insanlarcun halbuki hemen insanin ne cekdiyinden hec xeberleri bele yoxdur...bele olmaq lazim deyil...her şeyin sebebi olur bilmeden danişib laga qoymaq lazim deyil..ellerinize sagliq cox gozel paylaşim
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.