Universitet Tələbələri üçün 10 mühüm Məsləhət

26 Nisan 2016
1 889
1
Universitet Tələbələri üçün 10 mühüm Məsləhət
Universitet Tələbələri üçün 10 mühüm Məsləhət

Universitet həyatına başlayanda bizim üçün bir çox şey dəyişir, özümüzü itmiş hiss edir və haradan başlayacağımızı bilmirik. Neçənci kursda olduğunuzdan aslı olmayaraq, həmişə ilk vaxtlar sizi çaşqınlığa salacaq şeylərin olması ehtimalı vardır. Universitet ancaq yüksək dərəcə əldə etmək üçün deyil, həmçinin yetkinliyin mahiyyətini dərk etmək üçündür. Aşağıda universitet həyatınızda özünüzə yer etmək və ilk addımınızı atmağınız üçün önəmli olan 10 məsləhət qeyd edilmişdir.

1) Saleh niyyət
Sənin Allaha qarşı olan inancın səmimi və etdiyin əməl də Onun razılığı üçün olmalıdır. Necə ki, Peyğəmbərimiz Muhamməd ﷺ buyurur:

Elm öyrənmək hər bir müsəlmana fərzdir.

(Tirmizi)

Yuxarıda qeyd olunanlar sənə əslində universitetdə oxumağının əsl qayəsini xatırladacaq. Əgər sən xalis niyyətlə dərslərini oxuyarsansa, Allah işini bərəkətləndirəcək, inşəəAllah.

2) Tez yat və tez dur
Yat. Kifayət qədər yatdığından əmin ol və hər gün eyni vaxtda durmağa çalış ki, müəyyən rejimə uyğunlaşa biləsən. Ən gözəli İşa və Sübh namazı arası 8 saat yatmaqdır. Bu rejim sənin enerjini həmişə yüksək saxlayacaq və sənin dərslərini daha keyfiyyətli oxumağında kömək olacaqdır. Peyğəmbərimiz ﷺ buyurdu:

Allah erkən saatları ümmətim üçün bərəkətli etdi.

(Tirmizi)

3) Səhərə dinc bir halda başla
Dərslərin başlamazdan ən az 1 saat əvvəl durmağa çalış. Səhər yeməyi və soyuq duş qəbul etmək özünü gümrah hiss etməyinə çox kömək edəcək! Enerjini yeniləmək üçün yüngül səhər yeməyi ye. Əgər dərs vaxtın günortadırsa, yüngül qəlyanaltı etmək də əlavə enerji qazanmağa kömək edəcək.

Dərslərinə gecikmə. Əlbəttə ki, dərslərinə 5 dəqiqə əvvəl gələrək hazırlaşmaq, tələsə-tələsə gələrək tez-tez yazıb oxumaqdan daha yaxşıdır.

4) Qrup halında oxu
Toplu halda dərs oxuyan şagirdlər, tək oxuyanlarla müqayisədə daha tez öyrənirlər. Əlavə olaraq, qrupla oxumaq sənə yeni perspektivlər qazandıracaq. Məsələn, hər hansı bir məsələ haqqında həmişə eyni bir şəkildə düşündüyün halda, başqalarının daha fərqli anladığını və izah etdiyini görəcəksən və nəticə olaraq o mövzunu daha dərindən anlayacaqsan. Əgər birlikdə oxuyacağın şagirdləri diqqətli seçsən daha yaxşı oxuma metodları kəşf edəcəksən. Dostlarından və sinif yoldaşlarından birlikdə oxuya və yazdıqlarını müqayisə edə biləcəyin, potensiallı şagirdlərə üstünlük ver.

5) Dərslər arasında uzun fasilə vermə
Uzun fasilələr sənin məhsuldarlığını azalda bilər. Öyrənəcəyin dərsləri seçəndə və oxuma cədvəli qurduqda bunu nəzərə al. Unutma ki, cədvəlin planlı və oxuma bacarıqlarına uyğun olmalıdır. Dərslərini məhsuldarlığının ən yüksək olduğu vaxt, əsasən səhər oxumağa çalış. Fikrinin dağılmaması üçün 2 saatdan uzun müddət fasilə etməməyə çalış. Həmçinin günortadan sonra özünü çox yükləməməyə çalış. Çünki, bu vaxt ərzində bədənin əzgin və fasiləyə ehtiyacı ola bilər. Əgər günortadan sonra oxumağa üstünlük verirsənsə saat 16:00-dan sonrakı vaxt daha uyğundur, çünki bu vaxtlarda bədən daha dinc olur.

6) Dərnəklərə və klublara qoşul
Bu bir az çətin görünsə də, universitetdə sənin maraqlarına uyğun bir çox klub və dərnəklər tapa bilərsən. Bu, sənin sosiallaşmağında, universitet və onun mühiti ilə yaxından tanış olmağa kömək edəcək, həmçinin günlərin nə qədər dolu olsa bir o qədər az özünü tək hiss edəcək və passivləşəcəksən. Əgər necə başlayacağını bilmirsənsə, universitet müəllimlərindən kömək istə.

7) Birinci semestrdə çox yüklənmə
Həmişə bir işlə məşğul olmaq gözəldir, lakin lazım olandan əlavə dərslər götürməyə və ya bütün çətin fənnləri ilk semestrdən seçməyə cəhd etmə. Cədvəlinə çoxlu yeni fəaliyyətlər əlavə etmək səni ancaq yoracaq və məhsuldarlığını azaldacaq. Əlavə fəaliyyətləri onları etməyə vaxtın varsa əlavə et, əks halda özünü çox yükləmə. Yadında saxla ki, dərslərinlə sosial həyatın arasında balans qurmaq həmişə məhsuldarlığını artıracaq.

8) Sistemli ol
Bir universitet tələbəsi olaraq çox dərslərinin olacağından əmin ol. Buna görə də dərslərinin çoxluğundan əziyyət çəkməmək üçün sistemli olmaq lazımdır, əsasən də kurs işlərində. Unutma ki, cədvəlinə ancaq mühazirə (leksiya) və universitetdəki vaxtın deyil, günlük fəaliyyətlərin və dərslərə hazırlaşma vaxtların da daxildir. Məsələn, dərs cədvəlini hazırlayarkən aşağıdakıları nəzərə almalısan:

Dərslər (universitet vaxtı)
Ev tapşırığı vaxtı
Universitet dərslərindən əlavə dərslər və sosial fəaliyyətlər
İş cədvəli (uyğundursa)
Oxuma vaxtı isə dərsə və ona uyğun ev tapşırıqlarına görə dəyişə bilər. Məsələn, 1 saatlıq dərs üçün 30-45 (vəya daha çox) dəqiqə təkrara və oxumağa ayır. Hər şey sənə və sənin oxuma bacarıqlarına görə dəyişəcək.

9) Pis təsirlərdən uzaq dur
Kollec vəya universitetdə həmişə tamam fərqli dünya görüşünə sahib olan şagirdlər olacaq; istər oxuma alışqanlıqları, istər pul xərcləmə, istər başqaları ilə münasibət və istərsə də inanc barəsində olsun, fərq etməz. Yuxarıda sadalanan tipdəki insanlar barədə mənfi nəzər nöqtəsi olanlarla mümkün qədər az vaxt keçirməyə çalış, yoxsa özünü bahalı, israfçı və səninki ilə oxşar olmayan həyat tərzi içində taparsan. Həmişə Peyğəmbərimizin ﷺ sözünü yadına sal:

“İnsan dostunun dini üzərədir, ona görə dostunuzun kim olduğuna diqqət edin.”

(Tirmizi)

10) Universitetdəki vaxtını dəyərləndir
Bu elə bir təcrübədir ki, hər insan onu yalnız bir dəfə keçirtmə imkanı tapır, ona görə də bu barədə əlindən gələni et. Bir çox tələbə hər şeyə əyləncə kimi yanaşır və nəticə olaraq universiteti aşağı dərəcə ilə bitirir. Həmçinin bir çox tələbə ancaq dərs oxuyur və dost qazanmaq və başqa təcrübələr qazanmaq mövzusuna soyuq yanaşır.Əgər vaxtını düzgün dəyərləndirsən həm çox, həm məhsuldar çalışa bilər, həm də keçirtdiyin zamandan zövq ala bilərsən.

“Hər bir tələbə hər şeyini özü öz başına idarə etməlidir” fikri bir çox şagirdlərdə müşahidə olunmuşdur. Ancaq, təcrübə göstərib ki, başqalarının köməyindən istifadə etmək mütləqdir. Ümüd edirik ki, bu 10 nəsihət sizə gözəl başlanğıc verəcək və gələcəkdə sizə vaxtınızı idarə edərək məhsuldar çalışmağa kömək edəcək, inşəəAllah.

tərcümə: “Gənc Muslim” Komandası

RƏYLƏR
  1. Firuze
    Salam tesekur edirem islam haqinda oyredisiz
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.