Gözəl bədən quruluşuna sahib olmaq üçün haradan başlamaq lazımdır?
Məşq hərəkətləri
Məşq hərəkətlərinin üç imtinaolunmaz yönü var: ağırlıq qaldırmaq, kardio-ürəyi gücləndirən məşqlər və elastiklik. Məqsədli şəkildə gözəl bədən quruluşuna sahib olmaq üçün bu hərəkətləri mütəmadi olaraq etməlisiniz. Bu məşq hərəkətləri haqqında ötən yazılarımızda məlumat vermişik.
Sağlam qidalanma
Qidalar orqanizmin yanacağıdır. Depoya hansı yanacağı əlavə edəcəyinizə necə qərar verməlisiniz? Yağlı, zərərli, ayaq üstə yeyilən, kimyəvi qarışığı olan, bol şəkərli, unlu qidaları qəbul etmək orqanizminizə ziyandır. Buna görə də, orqanizminizə keyfiyyətli qidaları versəniz, o da sizə keyfiyyətli, gözəl bədən quruluşu bəxş edəcək. Əsasən, çalışın dənli bitkilər, paxlalı məhsullar, meyvə-tərəvəz, zülallı qidalar qəbul edin və bol su, detoks içkiləri için.
İstirahət etmək
Ən az digər iki formul qədər istirahət etmək də, çox vacibdir. Əzələləriniz idman salonunda ağırlıq qaldırarkən deyil, istirahət edərkən inkişaf edir. Yatarkən ifraz olunan hormonlar məşq zamanı yorulan əzələlərin bərpasını və daha güclü olmasını təmin edir. Buna görə də, hər axşam 7-8 saat keyfiyyətli yuxu almağınız çox vacibdir.