Erməni general özünə it dedi

21 Ekim 2014
1 110
0
Erməni general özünə it dedi
Erməni general özünə it dedi

Şuşanın işğalına rəhbərlik etmiş erməni general, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan özünü itə bənzədib.

Erməni mətbuatına müsahibə verən Ter-Tadevosyan jurnalistin müxalifətə münasibəti ilə bağlı sualına cavab verərkən, özünü canavar güdən çoban itinə bənzədib.

“Başqa itlərin bir-birini yeməsi mənim vecimə deyil, məni əsas düşmənin düşərgəsində nə baş verməsi maraqlandırır”,- deyə Ter-Tadevosyan bildirib.

O, Rusiyanın Azərbaycana silah satmasından da narahat olduğunu deyib: “Rusiya Azərbaycana 5 milyard dollarlıq silah satır, məni narahat edən odur ki, onlar hansı tip silahlar alırlar və kimlə əməkdaşlıq edirlər”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.