Bal: həm qədimdir, həm də müasir

15 Nisan 2017
1 784
0
Bal: həm qədimdir, həm də müasir
Balın çox qədim tarixi var. Əvəzsiz qida və şəfa mənbəyi olan balın sağlamlıqdakı rolu danılmazdır. Onun istifadə tarixi, tətbiq sahələri və şəfaverici xüsusiyyətlərini öyrənmək çox maraqlıdır. Feat.Az bildirir ki, uzun illər bu sahədə tədqiqatlar aparan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Fəzail Vəliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "Təqribən 6 min il bundan əvvəl qədim Misirdə baldan müalicə, kosmetika və çürümədən qorunma vasitəsi kimi istifadə edilib. Məşhur Ebers papirusundakı tibbi məlumatlar da bunu təsdiqləyir. Hindistanda zəhərlənənləri balla sağaldardılar. Eramızdan əvvəl III-II minilliklərdə çinlilər balın şəfaverici xüsusiyyətlərini mənimsəmişdilər. Qədim Yunanıstanda mədə və qaraciyər xəstəlikləri, əsəb pozğunluqları, irinli yaralar balla müalicə edilib. Romada isə çürümədən qorunma vasitəsi kimi ondan geniş istifadə olunub.

Orta əsrlərdə mədə-bağırsaq, öskürək, zəhərli həşəratlar və quduz it dişləmələrində, eləcə də ağciyər və digər daxili orqan üzvlərinin müalicəsində bal və ondan hazırlanan məlhəmlərdən istifadə olunub. Balın çobanyastığı, gicitkən, darçın, zəncəfil, yağ, sirkə, soğan, sarımsaq, yabanı havuc, xaşxaş, xardal toxumu və s. ilə qarışığı müalicə vasitələri arasında geniş yayılmışdı. XIII əsrdə tanınmış həkimlərdən biri ürək xəstəliklərinin müalicəsində balın şəfaverici xüsusiyyətlərini göstərməklə yanaşı, bişirilmiş balqabaq və yerkökünün balla qarışığından böyrək xəstəlikləri zamanı istifadə olunmasını tövsiyə edib".

Balın müalicəvi xüsusiyyətləri barədə danışan professor daha sonra deyib: "El təbibləri böyrək xəstəlikləri zamanı qarpızı yarıya bölərək hər iki üzünə bal çəkər, bir gecə ayazda saxlayandan sonra xəstəyə yedizdirər, böyrəkdə daş olanda balın zeytun yağı və limonla qarışığının gündə üç dəfə xörək qaşığı ilə içilməsini məsləhət görərdilər. Böyrək daşını əritmək üçün balın gülxətmi ilə dəmləməsinin acqarına qəbul edilməsi də müsbət nəticə verir.

Malyariya xəstəliyinin müalicəsində balın şit nehrə kərəsi ilə qarışığından hazırlanan məcun, göyöskürəyi kəsmək üçün əzilmiş sarımsağa bal qatılaraq istifadə edilib. İçərisi oyulmuş ağ turpa bal sürtərək bir müddət ayazda saxlayandan sonra alınan məhlulu xəstəyə içirər, bağırsaq parazitlərini məhv etmək üçün boranı toxumunu əzib balla qarışdıraraq xəstəyə verərdilər. Bədənin zədələnmiş və şişmiş yerlərinə bal sürtülmüş dovşan dərisi bağlanılması sağalmanı sürətləndirir".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.