Saçlara gözəllik və sağlamlıq bəxş edən BİTKİ KÖKÜ
Feat.Az saglamolun.az-a istinadən bildirir ki, pıtraq bitkisi saçları gözəl və baxımlı etmək üçün qədim zamanlardan istifadə olunur. Pıtrağın kökü yazın sonunda yığılır və qurudulur.
İstifadə qaydası:
3 x.q. xırdalanmış pıtraq kökünün üzərinə yarım l qaynar su tökün, vam odda 10 dəqiqə qaynadın, 1 saat dəmləyin və yaxşı süzün. Dəmləməni saçları köklərinə sürtün və ya saçları yaxalamaq üçün istifadə edin. Bir müddət keçdikdən sonra saçların keyfiyyətinin xeyli yaxşılaşmasını görəcəksiniz.