Mükəmməl bədən üçün 4 idman növü

Mükəmməl bədən üçün 4 idman növü
Havaların istiləşməsilə əlaqəli xanımlar çalışır ki, gözəl bədən quruluşuna sahib olsun. Bunun üçün idman, pəhriz, ac qalmaq kimi yollara əl atırlar. Amma düzgün şəkildə planlaşdırılmış rutinlə siz öz gözəl bədən quruluşunuza qovuşa bilərsiniz. Bunun üçün biz sizə sadəcə 4 idman növü təqdim edirik ki, onların sayəsində mükəmməl bədən quruluşuna sahib ola bilərsiniz.

Velosiped sürmə


Mükəmməl bədən üçün 4 idman növü

İdman zalında velosiped sürmə Hollywood ulduzlarının ən sevimli məşqləridir. 45 dəqiqə intensiv velosiped “səyahəti” sizin yan, omba və baldır əzələlərinizi işə salacaq. Daha səmərəli nəticə üçün musiqi mütləqdir. Cəlbedici və enerjili musiqi bütün çətinlikləri sizə unutdurur və məşqi daha əyləncəli edir. Musiqinin sayəsində siz daha enerjili məşq edir və kalori xərcləyirsiniz. Musiqi olmasa siz ətrafdakı insanlara baxcaqsınız, məşqə olan diqqətiniz yayınacaq və məqsədsiz şəkildə kalori itirmədən velosiped sürəcəksiniz.

Boks



Artıq qadınların da boksa olan marağı getdikcə artırır. Bu daima formada qalmaq, bədənini daha dözümlü etmək, beynini istitahət etdirmək və stress atmaq istəyənlər üçün mükəmməl platformadır. Adriana Lima, Marisa Miller və Victoria Secret-in mələkləri də boksla məşğul olaraq həsəd aparılacaq bədən quruluşan sahib olurlar. Siz də, onlar kimi cəlbedici və ideal bədənə sahib olmaq istəyirsinizsə mütləq boksu sınaqdan keçirdin. Əgər çəki atmaq hədəfinizdirsə kikboksinqi seçin. Burada ayaqlar və yanlar işləyir. Boks sayəsində siz təkcə əzələlərinizi deyil, həm də, vestibulyar aparatı, reaksiya sürətini, məsafə və vaxt hissini inkişaf etdirirsiniz. Boksla siz öz bədəninizlə mübarizə aparacaqsınız. Həm mənəvi, həm də, fiziki cəhətdən bütün proseslərə hazır olacaqsınız.

Balet



Əgər xanım-xatın görünmək istəsəniz balet yaxşı fikirdir. Xoreoqrafiya sizin bədəninizi gözəl şəkildə konturlamağa, qamətinizin daha gözəl olmasına kömək edir. Baletlə bütün bədəniniz işləyir, əzələ sistemi çox yaxşı fəaliyyətə keçir.

Küçədə məşq




Küçədə və parkda təbiətlə təmasda olub məşq etmək ən yaxşı seçimdir. Əgər sizə hər hansı bir məşq etmək çətin gəlir, insanlardan utanırsınızsa o zaman sadəcə ya yavaş, ya da ki, sürətli gəzin. Amma enerjili musiqini unutmayın. Küçədə məşq etdiyiniz zaman siz təbiətlə təmasda olursunuz, təmiz havanı orqanizminiz qəbul edir və bunun sayəsində lipid mübadiləsi sürətlənir (yağlar daha tez yanır), dözümülülüyünüz artır, arxa və qarın əzələləriniz yaxşı işləyir, oynaqlar və diz daha hərəkətli olur.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.