Bu əşyaları hamamda saxlamayın - SİYAHI

12 Mart 2018
1 833
0
Bu əşyaları hamamda saxlamayın - SİYAHI
Şəxsi gigiyenamız üçün hamam olduqca önəmli bir yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir. Feat.Az sizə hamamda saxlamayacağınız əşyaların siyahısını verir.



Diş fırçası




Aparılan araşdırmaya əsasən, hamamda saxlanılan diş fırçalarının üzərində 60 faiz qalıq maddələr tapılıb. Bu isə nə qədər təmizkar olsanız da, hamamda yaranıb artan bakteriyalara əngəl ola bilmədiyiniz anlamına gəlir.

Bu əşyaları hamamda saxlamayın - SİYAHI


Makiyaj ləvazimatları




Makiyaj ləvazimatlarını hamamda saxlamaq yaxşı bir fikir deyil. Bu halda son istifadə tarixi yetişmədən belə tezliklə xarab olacaqlar.




Prezervativ




İstiliyə və nəmə məruz qalmaq prezervativə zamanla zərər verərək təsirini azaldır. Buna görə prezervativləri saxlamaq üçün ən uyğun yer hamam otağı yox, bir dolabçadır.




Ətir



Uzun müddət hamamda qaldığı üçün ən sevdiyiniz ətrinizin qoxusu dəyişə bilər. Həddindən çox istilik və buxar ətirdə dəyişimə səbəb olur.





Təraş bıçaqları



Təraş bıçaqlarını hamamda saxlamaq demək olar ki hər kəsin vərdişidir. Ancaq bu alışqanlığınızdan dərhal vaz keçməlisiniz. Çünki bu, dəri sağlamlığınıza, həm də təraş bıçaqlarının qısa zamanda paslanmasına səbəb olar.


lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.