Həyatınızı asanlaşdıracaq psixoloji tövsiyyələr

27 Temmuz 2022
2 327
0
Həyatınızı asanlaşdıracaq psixoloji tövsiyyələr
Dünyaya hakim olmaq özünü tanımaqdan keçir. Bu müdrik kəlam bir daha sübut edir ki, insanın özünü tanıması nə qədər əhəmiyyətlidir.

Feat.Az
islaminsesi.info-ya istinadən psixoloji tövsiyyələri təqdim edir.

* İnsanlar 3-4 illik tanışlıqdan sonra evləndikdə onların boşanma ehtimalı çox az olur.

* İnsanın xarakterini elə ilk tanışlıqdan və ya ilk görüşdən bilmək mümkündür. Bu onun ofisianta, heyvanlara davranışından tam aydın olur.

* 7 il davam edən dostluq adətən bir ömür boyu sürə bilir.

* Haqqında düşündüyünüz insan da sizin haqqınızda düşünür. Təbii ki, burada ilkin şərt sizin tanış olmağınızdır.

*Yapon alimlərinin fikrincə insanın 3 sifəti var. Bir sifətini cəmiyyətə göstərər, ikinci simasını ailəsinə dostlara, digərini isə heç kimə göstərməz. Deməli, insanın əsl siması yalnız özünə məlumdur.

* Əgər ətrafda bütün insanlar sizi əsəbləşdirirsə, deməli darıxdığınız biri vardır.

* Əgər kimsə gecə çox gec yatmağa gedirsə, onun mütləq psixoloji pozğunluqları başlayacaq.

* Mübahisədə qalib gəlmək üçün mütləq o mövzuya dair çox sual verin. Bu sizə çox kömək edəcək.

* Biz elə yaradılmışıq bizə pislik edən bir insanı 5-6 ay ərzində əfv edə bilirik.

* Həyatda çox peşmançılıqlar və əzablar çəkmiş insanlar kiməsə bağlanmaqdan çox qorxarlar.

* Bir qayda olaraq ən yaxşı məsləhətləri həyatda ən çox problemləri olanlar verərlər.

* Öz həyatı barədə uzun -uzadı düşünmək insana pis ssenariləri xəyal etdirər. Bu da həyatda daha bir uğursuzluğa düçar olmağın xəbərçisi ola bilər.

*Ağıllı insanlar həmişə mübahisə və polemikalardan uzaq durarlar. Həqiqəti bilmələrinə baxmayaraq onlar sükutu daha üstün bilərlər.

*Sosial nöqteyi -nəzərdən introvertlər daha yaxşı dost və tərəfdaş olurlar.

*Hər xırdalığı problem edən insanlar əslində ciddi şəkildə sevgiyə ehtiyaclı olarlar.

* Psixoloqların fikrincə ayrılıqdan sonra dost qalan insanlar ya hələ də bir-birlərini sevirlər, ya heç vaxt sevməyiblər.

* Yadda saxlayın, bir dəfə xəyanət edən hər zaman edəcək. Yalan danışmağa vərdiş etmiş çətin ki, bu vərdişindən vaz keçsin.

*Qadın üçün kişinin xarici görkəmindən daha çox onun ətri əhəmiyyətlidir.

*İtlər sahibinin kədərini və bədbəxtliyini hiss edə bilirlər. Onlar bu anda sahiblərini şənləndirməyə çalışırlar.

*Əgər bir insanın sizin üçün əhəmiyyətini dərk etmək istəyirsinizsə, bir anlıq onsuz həyatınızı təsəvvür edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.