Susma ürək, susma belə

06 Kasım 2014
1 759
0
Susma ürək, susma belə
Susma ürək, susma belə


Susma ürək, susma belə


Məhəbbət aldatdı səni,
Xəyanətə satdı səni.
Göydən yerə atdı səni,
Susma ürək, susma belə.

Sevməyə həvəsdə oldun,

Mahnıda ahəstə oldun.
Çox mahnıya bəstə oldun,
Susma ürək, susma belə.


Xainlər üzə durdular,

Səni közdə qovurdular.
Axı səni boğurdular,
Susma ürək susma belə.

Sən birinə giley oldun,

Bir quzeyə güney oldun.
Yanıq səsli bir oldun,
Susma ürək susma belə.


Sən mənə bir sirdaş oldun,

Kiməsə ağır daş oldun.
Həm sülh oldun, savaş oldun,
Susma ürək, susma belə.


Susma ürək, susma belə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.