Sənsiz yaşamağı öyrənirəm

10 Kasım 2014
1 602
0
Sənsiz yaşamağı öyrənirəm
Sənsiz yaşamağı öyrənirəm


Sənsiz yaşamağı öyrənirəm mən,
Dolub-boşalıram , göynəyirəm mən,
Hələ ki, bu yolda büdrəyirəm mən
Yenicə yeriyən uşaqlar kimi..

Köhnə şəkillərin solur bənizi,
Keçmiş səadətin yox olur izi,
Sevdalı xəyallar yandırır bizi
Od tutub alışan yanaqlar kimi...

Yadımdan çıxmayıb söylədiklərin.. .
Nəğmələr kimiydi şirin sözlərin.
Axırı yox imiş gözəl günlərin
Payızda saralan yarpaqlar kimi...

Ən böyük cəzamı səndən almışam,
Vüsalı dadmamış yola salmışam.
Əlacsız qalmışam, sənsiz qalmışam
Suya həsrət qalan dodaqlar kimi...

Bir saman çöpünə söykənirəm mən,
Dolub-boşalıram , göynəyirəm mən,
Sənsiz yaşamağı öyrənirəm mən
Yarpağı tökülmüş budaqlar kimi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.