MaraqLı…

10 Kasım 2014
2 318
0
MaraqLı…
MaraqLı…
Professor əlinə su dolu stəkanı götürüb qabağa uzatdı və tələbələrindən soruşdu:
- Necə fikirləşirsiz, sizcə, bu stəkanın çəkisi nə qədərdir?
Auditoriyada pıçıltılar başladı.
- Təxminən 200 qram! Yox, 300 qram! Bəlkə də 500 qram! - deyə müxtəlif cavablar səsləndi.
- Əgər ölçməsəm, mən də bilməyəcəyəm. Amma bu vacib deyil. Mənim sualım belədir: bu şəkildə stəkanı bir neçə dəqiqə saxlasam, nə baş verəcək?
- Heçnə!
- Doğrudan da heçnə.- professor cavab verdi - bəs əgər 2 saat saxlasam?
- Sizin qolunuz ağrıyacaq.
- Bəs əgər bütün günü saxlasam?
- Sizin qolunuz keyiyəcək, güclü əzələ ağrılarınız başlayacaq, hətta iflic belə ola bilər. Bəlkə də təcili yardım gərəkəcək - tələbələrdən biri dedi.
- Sizcə, bütün günü su dolu stəkanı əlimdə saxlasam, onun çəkisi dəyişəcək?
- Yox - deyə, tələbələr kefsiz cavab verdilər.
- Bəs vəziyyəti düzəltmək üçün nə etmək lazımdır?
- Stəkanı stolun üstünə qoymaq - gülümsəyərək bir tələbə suala cavab verdi.
- Düzdür - professor sevincək cavabı təsdiqlədi. - Bütünhəyati işlər də bu cürdür. Bir problem haqqında bir neçə dəqiqə düşünsən, o sənə yaxın olacaq, bir neçə saat düşünsən, o səni sovuracaq, bir bütöv gün düşünsən, o səni iflic edəcək. Problem haqqında çox düşünmək olar, amma bu heçnəyə gətirib çıxarmayacaq. Onun "çəkisi" azalmayacaq. Problemi həll etmək üçün hərəkət etmək lazımdır. Həll et ya da kənara qoy. Qəlbində səni fəlc edəcək ağır daşları daşımaq lazım deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.